"Sumqayıt" Türkiyə klubuna məğlub oldu

"Sumqayıt" Türkiyə klubuna məğlub oldu
XƏBƏR 26 İyul 2016 / 00:01 4048
-  A +

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu qonşu ölkədə son yoxlama oyununu keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda PTT 1-ci liqa təmsilçisi "Giresunspor"la qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Bu oyunda "Sumqayıt"ın yeganə qolunu Mirabdulla Abbasov vurub.

Qeyd edək ki, "Sumqayıt" artıq bu gün səhər saatlarında Bolunu tərk edərək vətənə yola düşəcək.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner