"Çelsi"nin müdafiəçisi 3 həftəlik sıradan çıxdı

"Çelsi"nin müdafiəçisi 3 həftəlik sıradan çıxdı
XƏBƏR 25 İyul 2016 / 14:49 2464
-  A +

"Çelsi"nin müdafiəçisi Branislav İvanoviç zədələnib.

Qol.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu yoxlama görüşündə zədə alıb.

Çiynindən zədələnən 32 yaşlı futbolçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Belədə İvanoviç "Real" və "Liverpul"la keçiriləcək yoxlama görüşlərində iştirak edə bilməyəcək.

Qeyd edək ki, ötən mövsüm "Çelsi"də 43 oyun keçirən İvanoviç 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner