Çumbinyonun yeni klubu bəlli oldu

Çumbinyonun yeni klubu bəlli oldu
XƏBƏR 24 İyul 2016 / 15:12 14340
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Çumbinyonun yeni klubu bəlli olub.

Qol.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi karyerasını yenidən Yunanıstanda davam etdirəcək.

Son mövsümüm “Atromitos”da keçirən 29 yaşlı futbolçu “Levadiakos”a transfer olunub. Klubun saytı Çumbinyo ilə  1 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, AZAL-dan ayrılan qapıçı Stanislav Namaşko da  "Levadiakos"da çıxış edəcək.

Qarabağ FK
Son xəbərlər
topaz banner