"Beşiktaş"ın futbolçusu xəstəxanalıq oldu

"Beşiktaş"ın futbolçusu xəstəxanalıq oldu
XƏBƏR 23 İyul 2016 / 01:09 6183
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Beşiktaş" ciddi itki ilə üzləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Tolqay Arslan zədələnərək sıradan çıxıb.

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ilə yoxlama görüşündə (1:1) sol əlindən zədələnən 25 yaşlı futbolçu xəstəxanaya aparılıb.

Sol əl biləyində qırıq aşkarlanan futbolçunun bir həftə sonra plastik qoruyucu ilə məşqlərə qatıla biləcəyi bildirilib.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner