İngiltərə klubunun baş məşqçisi istefa verdi

XƏBƏR 23 İyul 2016 / 00:35 4870
-  A +

Yeni mövsümdən İngiltərə Premyer Liqasında oynayacaq "Hall Siti"nin baş məşqçisi Stiv Bryus vəzifəsindən gedib.

Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, buna 55 yaşlı mütəxəssislə klub rəhbərliyi arasındakı fikir ayrılığı səbəb olub.

Ötən mövsümün yekunlarına əsasən komandasını Premyer Liqaya qaytaran Bryus rəhbərliklə ortaq məxrəcə gələ bilmədiyi üçün komandadan getmək qərarı verib. Onun yeni mövsümdən "Sanderlend"i çalışdıracağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Sanderlend"i çalışdıran Sem Ellardays İngiltərə millisin baş məşqçisi təyin olunub.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner