"Bakı kimi gözəl şəhərdə bizi yaxşı qarşıladığınız üçün sizə minnətdarlığımı bildirirəm. Bilirik ki, sabah bizi çətin oyun gözləyir. Ev oyununda yaxşı çıxış etdik və 1:0 hesablı qələbə qazandıq. Lakin sabah bizi çətin oyun gözləyir. Ola bilər ki, sabahkı qarşılama 90 və ya 120 dəqiqə davam etsin".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Admira”nın baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"lə oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.
O. Lederer "Kəpəz"in üstün cəhətləri barədə söz açıb:
"Rəqibi analiz etmişəm. "Kəpəz"in üstün cəhətləri sürətli əks-hücumlardır. Bunu ilk oyunda sübut ediblər. Hücum xəttində braziliyalılar çox fəal çıxış ediblər. Çalışacağıq ki, topu özümüzdə saxlayaq və rəqibin əks hücumlara çıxmasına imkan verməyək".
"Admira"nın çalışdırıcısı Bakıda müdafiədən oynamaq fikrində olmadıqlarını vurğulayıb:
"Deməzdim ki, sabah müdafiədən oynayacağıq. Oyun tərzimiz rəqibdən asılı deyil. Hər zaman çalışırıq ki, hücum edək. Amma bu, bəzən alınmır. Məşqçi kimi gələcəyim sabahkı oyundan asılı deyil”.
O. Lederer Bakıda qol vuracaqlarına inandıqlarını söyləyib:
"Kəpəz"ə hörmətlə yanaşırıq, amma gücümüzə inanırıq. Düşünürəm ki, komandam Bakıda qol vura bilər. Penaltiləri də məşq etmişik. Bununla belə, 90 dəqiqədə ərzində qol vurmaqla cütün taleyini həll etməyə çalışacağıq. Sabah mübarizəni dayandırmaq bizim üçün faciə olmayacaq".
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi