Rusiya Premyer Liqa təmsilçisi"Krılya Sovetov" əslən azərbaycanlı futbolçu Emin Mahmudovla yollarını ayırıb.
Qol.az-ın məlumatına görə, bu haqda klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin Samara komandasını tərk etdiyi açıqlanıb.
Klubun baş direktor Vitali Şaşkov TASS-a açıqlamasında bildirib ki, Mahmudovla müqavilə qarşılıqlı razılıq əsasında pozulacaq. O bildirib ki, buna görə, Eminə heç bir ödəniş edilməyəcək.
“O, özünü başqa klubda sınamaq istəyir. Biz isə həmin mövqeni gücləndirmək istəyirik. Klubumuzun şəxsən Mahmudova iradı yoxdur. O, yaxşı futbolçu və insandır".
Mahmudov "Krılya Sovetov"a 2013-cü ildə Moskva "Spartak"ından transfer olub. Futbolçu ötən mövsümü icarə əsasında "Mordoviya"da keçirib.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır