"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubuna qalib gəldikləri oyunla (2:0) bağlı fikirlərini bildirib. Qol.az-ın xəbərinə görə, matdan sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Nəticəyə əsasən çoxları elə düşünə bilər ki, cütün taleyi artıq həll olunub. Lakib ikinci hissə, rəqib tam olaraq qapandı və heç bir imkan yarada bilmədik. Rəqibin ikinci hissədəki oyunu cavab qarşılaşmasının çətin olacağında xəbər verir. Öz adımdan deyirəm, bu matçda çatışmazlıqlarımız var idi. Bunları da belə oyunlarda yoluna qoymaq lazımdır. Növbəti oyunda fiziki cəhətdən daha yaxşı olmağa çalışacağıq. Komandamızda və azərkeşlərimizdə arxayınlıq olmamalıdır. İndidən növbəti mərhələyə keçdiyimizi düşünməyin bizə yalnız ziyan ola bilər.
- İkinci hissədə rəqib futbolçular sanki bilərəkdən kobudluq edib, qaydanı tez-tez pozurdular…
- Biz bilirdik ki, bu komandanın fəlsəfəsində bu amil var. Onlar rəqib futbolçuya oynamağa imkan vermir, hətta vurmağa da cəhd göstərirlər. Biz bunları təhlil etmişdik. Komanda yoldaşlarım belə aqressiv davranışlara məhəl qoymasa, daha yaxşıdır.
- “Qarabağ”da səninlə birlikdə,üç futbolçu sarı vərəqə ilə cəzalandırıldı…
- Əks-hücumu saxlamaq istədim. Sarı vərəqə almadan belə, hücumun qarşısına ala bilərdim. Növbəti mərhələyə keçsək, daha diqqətli olmalıyıq. Rəqibə boşluqlar və hücum imkanı verməməliyik.
- “Qarabağ”da hücumçuya ehtiyac varmı?
- Futbolçu olaraq, belə məsələləri danışmaq düzgün deyil. Baş məşqçimiz bu haqda verdiyi müsahibədə demişdi ki, “transfer naminə oyunçu almaq istəmirik”. Yəqin ki, yaxşı futbolçu, münasib təklif olarsa, komandaya transfer olacaq.
- Bugünkü oyunla “Qarabağ” özünü Çempionlar Liqasının qrup mərhələsində görürmü?
- Bu oyunla yox. Səhvlərimizin üzərində təhlil aparıb, daha çox çalışsaq, qrup mərhələsində mübarizə aparmağa layiq komandayıq.
Məftun MAHİROĞLU
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video