“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Maltanın “Baltsan” klubuna uduzmasından bir neçə gün keçsə də, hələ də bu biabırçı məğlubiyyət müzakirə mövzusudur.
Futbol meneceri Erkin İbrahimov mövzu ilə bağlı Qol.az-a müsahibə verib
- “Baltsan”a məğlubiyyət “Neftçi” üçün nə deməkdir?
- Utancvericidir. Malta klubuna da uduzmaq utancverici sayılmırsa, onda gərək ümümiyyətlə, futbolda utancverici adında bir şey olmasın. Maltada klub futbolu - Avropa futbolunun zirzəmisidi. “Neftçi”nin əzəli rəqibi olan, avrokuboklarda azarkeşlərini bir qayda olaraq üzən “Xəzər Lənkəran” da 3 il əvvəl rahatlıqla Malta klubunu keçmişdi. Bu gün Maltaya məğlub oluruqsa, sabah daha kimi sevindirəcəyik? Lüksemburq, Andorra klublarını?
- Oyunla bağlı fikirlərin necədir?
- Təəssüflər olsun ki, keçən mövsümdəki kimi biz meydanda aciz, bəlli oyun stili olmayan, komanda deməyə adamın dili gəlməyən 11 futbolçu gördük. Nə hansısa klubun gördüyü işdən, nə də məşqçi işindən danışmağın yeri var. Futbolda bir-iki dəfə təsadüfi nəticə qeydə alına bilər. Təsadüfi olan “Baltsan”ın Bakıda qalib gəlməsi deyil, öz evində uduzmasıdı. Orda da birinci qol qapıçı səhvindən sonra vurulub, ikinci isə heç da tam aşkar olmayan penaltidən. Bakıda isə “Baltsan” 2 qol vurdu, penalti qaçırdı və az qala mərhələ keçəcəkdi.
- ”Neftçi”nin bu günə düşməsi sırf rəhbərliyin yarıtmaz işi ilə əlaqələndiririlir.
- Əslində bu barədə fikirlərimi bir sayta bildirmişdim. Bir neçə saatdan sonra isə gördüm ki, “Neftçi” rəhbərliyinin təkidindən sonra müsahibə saytdan götürülüb. Yəni bunların bacardıqları təkcə budu. Özünə güvənən klub idarəçiləri haqlı tənqiddən qorxmaz. Haqlı tənqid hər zaman ümümi işin xeyrinə olur. “Neftçi”ni əvvəlki dövrlərdə də tənqid etmişəm, “Qarabağı” da, “Qəbələ”ni də. İlk dəfədi görürəm ki, klub rəhbərliyi redaktor funksiyaları ilə məşğul olur.
Bu xalq komandasıdırsa, xalqın da haqqı var ki, komandasını tənqid etsin, yeri gəldikdə hesab sorsun. Yox, bu 5-6 adamın komandasıdırsa, bunu elə də açıqlayın. İctimaiyyət da işini bilib sizi bezdirməsin. Bəli, “Neftçi”nin futbol ətrafında gördüyü işlər çox pozitivdi. Neçə il “Neftçi” kimi klubun öz evi, bazası yox idi. Yeni baza təhvil olunmaq üzrədi, layihəsi ilə də tanışam. Bu, “Neftçi” adına fantastik bir işdir. Gələcək nəsillər da buna görə bu layihədə əməli keçən klubun Müşahidə Şurasına minnətdar olacaq. ASAN Xidmətlə əməkdaşlıq, klub işinin şəffaf qurulması barədə planlar, bunlar hamısı əladı, amma futbol birinci yerdə olmalıdı. Baxın, Rusiyada “Spartak”ın sahibi Leonid Fedun nəinki stadion, demək olar ki, “Spartak” üçün ayrı şəhərcik tikib. Nə olsun? Azarkeşlər bu gün də Fedunu söyürlər, deyirlər bizə baza, stadion deyil, titullar lazımdır.
Klub quruculuğu ilə komandanın inkişafı paralel olmalıdı. Belə baxanda, bazanı mühəndis da tikdirə bilər. Futbolda uğur qazanmaq üçün isə peşəkar olmaq, bu sahəni bilmək şərtdi. Təəssüflər olsun ki, “Neftçi”də hər şey başayaqdı.
Yenə də “Spartak”la müqayisə aparmağa məcburam. Neçə il Valeri Karpin gah məşqçi, gah direktor vəzifəsində çalışıb. Hər gələn məşqçinin ayağının altını qazaraq, çətin anda özünü xilaskar kimi təqdim edərək yenidən məşqçi kürsüsünə əyləşirdi. 4-5 ildən sonra klubun sahibi anladı ki, problemlərin başında duran elə Karpinin özüdü. “Neftçi”də də oxşar vəziyyət mövcuddur. Klubun idman direktoru heç bir halda məşqçi vəzifəsinə gətirilməməlidi. Tarix göstərir ki, bu uğursuz yoldu. Demək ki, Vəli Qasımov elə əvvəldən bu planı cızmışdı. Aydın olur ki, “Neftçi” nəyə görə ötən mövsümü boşa verdi. Nə qədər gec deyil, Müşahidə Şurası hər şeyi düzgün analiz edib nəticə çıxarmalıdı. “Neftçi” yenə də səhv yoldadı və bu artıq tsuqtsvanq adlı şahmat termininə bənzəyir.
- “Neftçi”nin transfer siyasəti də tənqid edilir.
- Azərbaycanda çoxu elə bilir ki, transfer siyasəti elə təkcə transferlərdən ibarətdi. Xeyr, transferlər ilk öncə lazımsız futbolçuları komandadan göndərməkdir. Sonra baxmaq lazımdı, əvəzedici heyətdə, ölkə daxilində gədənlərin yerini doldura biləcək oyunçular var ya yox. Ondan sonra xarici bazara üz tutmaq olar. Bu mənada “Neftçi”də düz etdilər ki, Melli, Anyete, Ramos kimi futbolçularla yolları ayrıldılar. Aqil Məmmədovun gedişini isə anlamadım. Hər halda yerli qapıçıdı, milli komandanın da üzvüdü. Kubokun finalında da oyunun ən yaxşısı idi. Həmin oyundan sonra Aqili bu tərzdə yola salmaq düzgün deyildi. İndi keçək transfer olunan oyunçulara. İlk öncə, Jayro yüksək səviyyədə oynaya biləcək biri deyil. Amma görünür, klub rəhbərliyi onu oğulluğa götürüb. Bəs Rahil Məmmədovla Elvin Bədəlovun aqibəti necə olacaq? Hər ikisi gənc, istedadlı, hazır oyunçulardı. Bu mövsüm “Neftçi” 3 deyil, 2 mərkəz müdafiəçisi ilə oynayır. Şikov da transfer olunub. Deməli, Bədəlovla Məmmədov ehtiyatda paslanacaq. Lütfən, bundan sonra “Neftçi” rəhbərliyindən kimsə bizə gənc futbolçulardan nağıllar danışmasın. Göz görə görə klub öz oyunçularını güləşçiyə bənzəyən Jayronun ayağına verirsə, nədən danışmaq olar? “Neftçi”nin bu mövsüm 2 legioner müdafiəçi ilə oynaması Azərbaycan futbol adına cınayətdir. Burda da yanlışlıqa yol verdilər. Jayro kimi ləng müdafiəçinin yanında mütləq sürətli bir futbolçu olmalıdı. Yox, bunlar 31 yaşlı Şikovu aldılar. Şikov pis futbolçu deyil. Ağıllı, təcrübəli birisidi. Lakin o da sürətə malik deyil. Bu gün Malta futbolçuları, sabah isə “Sumqayıt”ın hücümçuları Şikov-Jayro tandemini asanlıqla, loru dildə desək, topu atıb keçəcəklər. “Neftçi”yə birinci sürəti olan müdafiəçi lazım idi.
Sol cinah müdafiəçisi Melnyak son mövsümdə cəmi 3 dəfə start heyətində çıxış edib. 2016-ci ildə isə cəmi toplam 7 dəqiqə meydançada olub. “Neftçi”yə necə gəlib cıxıb? İcarə kimə və nəyə lazımdı? “Neftçi” “Sumqayıt”dı, yoxsa AZAL? Bəlkə, son 2-3 ildə “Qarabağ” kimisə icarəyə götürüb? Murad Ağayevin “Neftçi”də nə işi var? Qışda Elşən Rzazadəni gətirmişdilər, indi də Ağayevı. venesuelalı futbolçu ilə Ağayev əla tandemdi! Ancaq “Neftçi” üçün yox,”Neftçi”nin rəqibləri üçün. Kimi gəldi komandaya gətirirlər. Sonra da təəcüblənirik ki, Malta klubu nəyə görə “Neftçi”dən üstün futbol sərgiləyir.
Qapıçı Santini tez-tələsik alınıb. Onu da “Neftçi”yə layiq görmürəm. Əvvəl klubun düşərgəsinə dəvət olunan, hətta müqavilə təklif olunan Monteneqro millisinin qapıçısı Milan Miyatoviç daha səviyyəli oyunçu təsiri bağışlayırdı. Onu da xəstə çıxarıb yola saldılar. Xəstədisə Avroliqanın seçmə oyunlarında necə çıxış edir? Və həmin qapıçı toplanışı tərk edəndən dərhal sonra elə bir hazırmış kimi Santini gətirilir. Qapıçı müsahibə verərək kifayət qədər şübhə doğuran faktları gətirir. Klub rəhbərliyi söz verib ki, bununla bağlı təkzib verəcək, lakin artıq iki həftə keçib, klub tərəfindən heç bir açıqlama yoxdur. Bunlar hamısı Çingiz Abdullayev, Müşahidə Şurasında yer almış SOCAR nümayəndələri üçün həyəcanlı siqnallardı.
Onu da deyim ki, Avropada bəlkə də elə bir klub yoxdur ki, arxa xəttində üç Balkan əsilli futbolçu olsun…
- Kənd komandasını güclə keçən “Neftçi” növbəti mərhələdə nəsə edə bilər?
- Elə növbəri rəqib “Şkendiya” da demək olar ki, kəndi təmsil edir. Belə baxanda, “Hoffenhaym” da kənd komandasıdı. Kənd komandası olanda nə olar ki? “Zirə”yə də kənd komandası demək olar. Amma “Zirə” istər təşkilati işlər baxımdan, istər komanda kimi “Neftçi”dən üstündü. Seleksiya işləri da mükəmməl qurulub, çempionatda da “Neftçi”ni darmadağın etdilər.
“Neftçi”yə uğurlar arzu edirəm, səmimi sözümdü. Klub rəhbərliyində hörmət bəslədiyim insanlar təmsil olunub, gənc futbolçuları çoxdur. Azarkeşlərinə da söz ola bilməz. Başqa klub olsaydı, azarkeşləri çoxdan klubdan küsmüşdülər. Oxuyuram ki, bir qrup azarkeş ölkə başçısına məktub hazırlayır. Görün, bu saf azarkeşləri, bu futbol fədailərini nə dərəcəyə çatdırıblar. Neynəsinlər, dərdlərini kimə desinlər? Özləri da bilir ki, klubda futbolu anlayan adam demək olar ki, yoxdur, artıq azarkeşlərin də səbri tükənmək üzrədi. Dediyim kimi, azarkeşə baza, ASAN Xidmət yox, gözəl oyun, güclü futbolçular və nəticələr lazımdı.
İnanmaq istərdim ki, “Şkendiya” ilə oyunda fərqli, azarkeş ordusuda layıq olan “Neftçi”ni görərik. Malta klubu ilə oyundan əvvəl Vəli Qasımov özünü sığortalayıb, “Baltsan”ı güclü klub adlandırırsa, bu, Azərbaycan futbolu adına, SOCAR kimi sponsor adına utancvericidi. “Neftçi” üçün istər “Baltsan”, istər” Şkendiya” asan yem olmalıdı. Təəssüflər olsun ki, “Neftçi” səriştəsiz idarəçilik üzündən elə günə düşüb ki, nəinki Makedoniya və ya Malta, hətta Cəbəllütariq çempionu da ciddi rəqibə çevrilir.
Ramiq AĞAMƏMMƏDOV
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol