Mario Qomesin oynamayacağı dəqiqləşdi

Mario Qomesin oynamayacağı dəqiqləşdi
XƏBƏR 3 İyul 2016 / 21:37 3512
-  A +

Almaniya millisinin futbolçusu Mario Qomes üçün “Avro-2016” erkən başa çatıb.

Qol.az-ın xəbərinə görə, bu haqda Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, İtaliya ilə oyunda zədələnən Qomes yarımfinal görüşünü və komanda finala vəsiqə qazanarsa, bu matçı buraxmalı olacaq.

Başqa bir xəbərə görə, digır zədəli Sami Xedira yarımfinalda iştirak edə bilər. Əvvəlcə Almaniya mətbuatı bu futbolçu üçün “Avro-2016”nın erkən başa çatdığını yazmışdı.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner