"Qəbələ”də ilk oyunum mənim üçün uğurlu oldu. Buna çox sevinirəm və belə davam etməsini istəyirəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Teo Uiks klubun rəsmi saytına bildirib.
26 yaşlı legioner "qırmızı-qaralar"ın tarixinə həm ilk liberiyalı, həm də avrokuboklardakı ilk het-trikin müəllifi kimi düşüb.
"Samtredia” ilə matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verən Uiks matçın nəticəsini gözləmədiyini bildirib:
"Qarşılaşmadan öncə qələbə qazanacağımıza inansam da, hesabın belə olacağını və özümün 3 qol vuracağımı gözləmirdim. Çünki rəqibimiz də güclü komandadır. Matçdan öncə şanslar da bərabər qiymətləndirilirdi. Lakin biz bu görüşdə daha yaxşı oynayıb, qalib gəldik. Üç qol vurmağa nail oldum ki, bu da karyeramda ilk het-trikdir. Mənim bu uğurum bütün komandanın əməyidir. Qollarımda və qələbəmizdə komanda yoldaşlarımın böyük rolu oldu”.
Uiks bu ay keçdiyi "Qəbələ”yə uyğunlaşması və "Samtredia” ilə cavab oyunu haqda da fikirlərini bildirib:
"Qəbələ”yə gəldiyim ilk gündən komandaya uyğunlaşmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram. Bunlar da adaptasiyaya müsbət təsir edir. İlk qarşılaşmada yaxşı oynayıb, nəticə qazansaq da, qarşıda səfər oyunu da var. Bu matçın da çətin olacağını bilirik. Həmin oyuna da ciddi yanaşıb, bütün görüşlərə olduğu kimi hazırlaşacağıq”.
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı