“Bakı”nın baş meneceri Zeynal Məmmədov “Birlik Kuboku” yarışında komandasının Qazaxıstanın “Aktobe” klubuna məğlubiyyətinin səbəbləri ilə bağlı müsahibə verib.
- Zeynal müəllim, “Aktobe”yə məğlub olaraq, “Birlik Kuboku”nu vaxtından əvvəl tərk edəcəyinizi gözləyirdinizmi?
- Xeyr, gözləmirdim. Düzünü desəm, bu dəqiqə şokdayam.“Aktobe”yə məğlubiyyət mənim üçün sürpriz oldu. Hələ də başa düşə bilmirəm ki, biz bu oyunda necə məğlub olduq?
- Yadınızdadırsa, Moskvaya yollanmamışdan öncə iddialı danışaraq, komandanızın ən azı final iştirakçısı olacağını qeyd etmişdiniz. Bəs nə oldu ki, “Bakı” “Birlik Kuboku”na qrup mərhələsindəcə “əlvida” dedi?
- Nə deyim? Bu nəticə “Bakı” üçün əsl biabırçılıqdır. Heç kəsi günahlandıra bilmərəm. Öz günahımızdır. Kim inanardı ki, “Bakı” qrupda qalacaq və “Birlik Kuboku” ilə vaxtından əvvəl vidalaşacaq.
- Heyətləri əsas götürsək, “Bakı”nın “Aktobe”dən qat-qat güclü olduğunu görə bilərik. Ancaq oyun göstərdi ki, bu heç də belə deyilmiş...
- Bilirsiniz, “Aktobe” sözün həqiqi mənasında, ağıllı oyun nümayiş etdirdi. Rəqiblə müqayisədə bizim qol imkanımız daha çox oldu. Qazaxlar oyun ərzində cəmi 3 real qol epizodu yaratdılar ki, onun da ikisindən istifadə etdilər. Bizim futbolçular isə əksinə. “Bakı” oyunboyu hücum etdi. Ancaq biz bir dəfə də olsun, hücumu məntiqi sonluğa çatdıra bilmədik.
- Maraqlıdır, “Birlik Kuboku”ndakı uğursuzluq Bülənt Qormazın postunu laxlatmayacaq ki?
- Yox, “Birlik Kuboku”nda mübarizəni erkən dayandırmağımızın Qorxmazla əməkdaşlığa heç bir dəxli yoxdur. Bir yarışa görə, Bülənti bayıra atmayacağıq ki? O, işinə davam edəcək. Başqa cür ola da bilməz.
- Oyundan sonra Bülənt Qorxmazla söhbətləşdinizmi?
- Xeyr. Hələ ki, onunla söhbət etməmişik. Yəqin ki, komanda Bakıya qayıtdıqdan sonra Qorxmazla görüşüb uğursuzluğun səbəblərini araşdıracağıq.
- “Aktobe”yə məğlubiyyəti klubun prezidenti Hafiz Məmmədov necə qarşıladı?
- Təbii ki, pis qarşıladı. Ancaq neyləmək olar? Artıq olan olub, keçən keçib.
- Səmimi deyin, bu uğursuzluqdan sonra heç təəssüfləndiniz ki, “niyə əvəzedici heyəti Moskvaya aparmadıq”?
- Düzünü desəm, yox. Əgər “Birlik Kuboku”na yenidən qatılmaq imkanı olsaydı, yenə əsas heyətlə Moskvaya gedərdik. Yəni əvəzedici heyəti Rusiyaya aparmazdıq.
- Moskvada olsanız belə, yəqin ki, “Bakı”nın uğursuzluğunun futbol ictimaiyyətinə və azarkeşlərə pis təsir etdiyindən xəbəriniz var...
- Həqiqətən də bu nəticə “Bakı”ya yaraşmayan nəticədir. Yenə deyirəm, mən bunu biabırçılıq hesab edirəm. Biz klub rəhbərliyi olaraq, əlimizdən gələni etdik ki, komandamız “Birlik Kuboku”nda yaxşı iştirak etsin. Futbolçular üçün hər cür şərait yaradıldı. Heyətə yeni futbolçular cəlb olundu. Bütün bunlara rəğmən, “Bakı” turnirdə fiaskoya uğradı. Başqa neyləyə bilərdik? Futbolçuların əvəzinə çıxıb özüm oynamayacaqdım ki...
- Hamı “Birlik Kuboku” turnirində təşkilatçılığın aşağı səviyyədə olduğunu bildirir. Siz bu barədə nə deyə bilərsiniz?
- Deyilənlərlə razıyam. Təşkilatçılıq bərbad vəziyyətdə idi. Turnir çox aşağı səviyyədə təşkil olunmuşdu. Oyunların keçirildiyi manejlərdən danışmağa dəyməz. Sanki “Birlik Kuboku” ildən-ilə səviyyəsini itirir.
Mənbə: "Çempion-Azərbaycan" qəzeti
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı