Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının «Neftçi» klubu gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Dünən isə komanda toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Artıq xəbər verdiyimiz kimi, Ukraynanın «Çernomorets» klubuna qarşı keçirilən matçda «Neftçi» 1:0 hesabı ilə qələbə qazanıb. Qol.Az-ın müxbiri bu gün «Neftçi»nin baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayaraq hazırlığın gedişatı ilə bağlı onun fikirlərini öyrənib.
- Bildiyiniz kimi, yanvarın 17-dən burada təlim-məşq toplanışındayıq. Planlı şəkildə işləyirik. Gündə iki dəfə olmaqla məşq edirik. Dünən keçirdiyimiz məşqlərdən sonra Ukrayna premyer-liqasında çıxış edən «Çernomorets»lə qarşılaşdıq. Bu oyunda komandanın bütün futbolçularına özlərini göstərmək imkanı verdik. Onlar da səylə çalışırdılar. Komanda oyun nizam-intizamını qoruyub. «Neftçi» birinci hissədə qol vurdu və bu hesabı matçın sonuna qədər saxlaya bildi. Sonradan rəqibin də, bizim də bir neçə qol imkanımız olsa da, bundan istifadə edə bilmədik. Hazırda gündə iki dəfə məşq etməklə yanaşı bizim üçün güclü hesab olunan daha bir rəqiblə - Türkiyənin «Antalyaspor» klubu ilə oyuna hazırlaşırıq. Bu matç yanvarın 22-də, Bakı vaxtı ilə saat 18.00-da baş tutacaq.
- Komandanızda bu gün əsas problem hansıdır?
- Biz Antalya toplanışına bu problemləri həll etmək üçün gəlmişik. İstəyirik ki, «Neftçi»yə layiq olan oyunçuları komandaya cəlb edək. Hələlik baxışa gələn futbolçularla bağlı yenilik yoxdur. Biz onları hələ növbəti oyunlarda da baxışdan keçirəcəyik.
Bildiyiniz kimi, Ruslan Abışov və Tural Nərimanov əməliyyat olunduqdan sonra «Neftçi»nin müdafiə xəttində boşluq yarınıb. Bundan başqa, hücum xəttini gücləndirməli və hücumla müdafiə xətti arasında əlaqə quran yaxşı yarımmüdafiəçiyə ehtiyacımız var. Başqa sözlə, üç mövqeyə oyunçu axtarırıq. Gürcüstanlı müdafiəçi Valeri Abramidzeyə ümidlərim var. Amma təəssüf ki, bu gün o, ən yaxşı formadan çox uzaqdır.
Hazırda baxışa gələn iki hucümçu Sergey Alekseyev və Estoniya millisinin üzvü Vladimir Vosboynikov özlərini doğrultmaq üçün səylə çalışırlar.
- Yeri gəlmişkən, dünən «Neftçi»nin qolunu Vosboynikov vurdu. Bu futbolçuyla bağlı fikriniz necədir?
- İstər Vosboynikov, istərsə də Alekseyev əzmlə çalışırlar. Amma hələlik onlarla bağlı qərar verməmişəm.
- Belə çıxır ki, baxışa dəvət olunan futbolçularla bağlı son sözünüzü Antalyada keçirəcəyiniz növbəti üç yoxlama oyunundan sonra deyəcəksiniz?
- Bəli. Bizi daha üç güclü komandayla oyun gözləyir. Yuxarıda dediyim kimi, «Antalyaspor», Rusiyanın «Amkar» və Rumıniyanın «Qloriya» klubları ilə oyunlar keçirəcəyik. Yalnız bu görüşlərdən sonra qərar verəcəyik. Ümumiyyətlə, biz hələlik transfer məsələsində qərar çıxarmaqda tələsmirik.
- «Neftçi»də ümumi əhval-ruhiyyə necədir?
- Çox yaxşı. Komanda istəklə, səylə çalışır.
- Hazırda Antalyada Azərbaycanın digər klubları da məşq edirlər. Onlarla əlaqələriniz varmı?
- Elə bir əlaqəmiz yoxdur. Hamı öz klubunda məşqi davam etdirir. Amma dünən bizim keçirdiyimiz yoxlama oyununa «Olimpik-Şüvəlan» klubunun rəhbərliyi, futbolçuları da gəlmişdilər. Xoşagələn bir haldır. «Olimpik-Şüvəlan» yoxlama oyunu keçirəndə biz də onların matçına gedib dəstək olacağıq.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı