Vaqif Cavadov bəd xəbərdən üzülüb

Vaqif Cavadov bəd xəbərdən üzülüb
ÖLKƏ FUTBOLU 19 Yanvar 2010 / 17:55 3236
-  A +

“Avroliqada komandama kömək etməyi çox istərdim. Təbii ki, bir tərəfdən üzülürəm. Amma neynəmək olar. Qərar belədirsə, ona hörmət etmək lazımdır”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri «Tvente»nin baş məşqçisi Stiv Maklarenin Vaqifin bu mövsüm avroliqada çıxış etməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirən milli komandamızın və “Tvente”nin hücumçusu Vaqif Cavadov deyib. Xatırladaq ki, S.Maklaren Qol.Az saytına müsahibədə bu mövsüm «Qarabağ»ın heyətində qitəmiqyaslı yarışlarda iştirak etdiyi üçün Vaqifin avroliqanın oyunlarına buraxmayacaqlarını söyləyib. V.Cavadov viza işləri ilə bağlı səfirlikdən hələ cavab gözlədiyini də qeyd edib: “Yaxın 2-3 gün ərzində mənə səfirlikdən bir xəbər verəcəklər. Hələ ki, fərdi şəkildə məşqlərimi davam etdirirəm”.

Son xəbərlər