"Borussiya" portuqaliyalı futbolçunu transfer etdi

"Borussiya" portuqaliyalı futbolçunu transfer etdi
XƏBƏR 16 İyun 2016 / 16:52 6351
-  A +

"Borussiya" Türkiyə millisinin üzvü Əmrə Mordan sonra daha bir futbolçu ilə heyətinə gücləndirib.

Qol.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi "Loryan"ın müdafiəçisi Rafael Herreranı transfer edib.

22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer "Borussiya"ya 12 milyon avroya başa gəlib. "Herrera güclü və texnikalı futbolçudur. O, sol cinahda özünü yaxşı tərəfdən göstərir. Bizi seçdiyi üçün şadıq" - deyə klubun direktoru Mixael Çork bildirib.

Qeyd edək ki, 2013-cü ildən "Loryan"da çıxış edən Portuqaliya millisinin üzvü keçirdiyi 102 oyunda 10 qol vurub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner