"Qəbələ" ilk yoxlama oyununu keçirdi

"Qəbələ" ilk yoxlama oyununu keçirdi
XƏBƏR 14 İyun 2016 / 10:18 5114
-  A +

2016-2017 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” “Bakı” ilə görüşüb.

Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda keçirilib. "Qəbələ" oyunun iki hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.

“Qəbələ” növbəti yoxlama oyununu sabah keçirəcək. Roman Qriqorçukun komandası U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı”nın bazasında keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner