Azərbaycan milli komandasının və Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi.
- Mahir, bildiyimiz kimi Mahaçqalanın "Anji" klubu ilə danışıqlar aparırdın və rəsmi müqavilə imza atdın...
- Bəli, artıq qarşıdakı 3 il müddətində "Anji"nin şərəfini qoruyacam. Mən legioner həyatı yaşamağı qarşıma məqsəd qoymuşdum. Bu qış olmasa da, yayda mövsüm bitdikdən sonra mütləq bunu həyata keçirmək istəyirdim. Mənə "Anji"dən təklif gəldi, mən də bu təklifi dəyərləndirdim. Artıq yanvarın 9-dan "Anji"nin düşərgəsindəyəm.
- Gördüyümüz kimi "Anji"nin heyətində legioner futbolçular çoxluq təşkil edir...
- Müəyyən qədər legioner var. Daha çox gürcü futbolçulara üstünlük veriblər. Bir neçə xarici futbolçunu da baxışa dəvət ediblər. Çexiyadan, Serbiyadan, hətta Moldova millisindən də baxışda olan futbolçular var.
-Yeni baş məşqçin səni müdafiənin sağında oynatmaq istəyir. Sən özün daha çox hansı mövqedə oynamaq istərdin?
- Mənim üçün hansı mövqedə oynamağımın elə bir önəmi yoxdur. Milli komandada yarımmüdafiəçi kimi, "İnter" klubunda isə müdafiəçi kimi çıxış edirdim. Məşqçi hansı mövqedə oynatsa, özümü ən yaxşı cəhətdən göstərməyə çalışacam. Ancaq yarımmüdafiəçi kimi çıxış etməyin üstünlüyü var. Hücuma tez-tez qoşula bilirsən, özünü daha yaxşı göstərə bilirsən, komandaya daha çox fayda verə bilirsən.
-Öz mövqeyində "Anji"də rəqabət aparacağın futbolçu varmı?
-Komandanın heyətində məndən başqa həmin mövqedə bir futbolçu var, ancaq mən rəqabətdən çəkinmirəm. Rəqabət olmalıdır ki, inkişaf olsun. Rəqabət olmasa, istər-istəməz hər bir futbolçuda arxayınlıq yaranır. Mən də istəyirəm ki, özümü göstərim, daha da irəli gedim. Məşqçimiz də cavandır. Hamımız birlikdə uğurlu çıxış etməliyik ki, həm biz, həm də o özünü təsdiq edə bilsin.
-Hal-hazırda fərdi məşq edirsən. Bunun səbəbi nədir?
-Artıq 5-6 gündür ki, "Anji"də məşq edirəm. Komandaya qoşulduqdan sonra baş məşqci ilə söhbətimiz oldu. Məndən çempionatımızın nə vaxt bitdiyini soruşdu və ümumiyyətlə fiziki durumum barədə maraqlandı. Premyer Liqanın dekabrın 24-də bitdiyini və çox az dincəldiyimi öyrəndikdən sonra mənə ağır məşqlər verməməyi qərara aldı. Tam bərpa olmaq üçün fərdi çalışmağımı istədi.
-Məşqlərdə hər hansı fərq görürsən?
-Təbii ki, hər bir məşqçinin öz üslubu var. Sözün düzü, hələ təzə məşqlərə başlamışam. Hiss edirəm ki, Omari Tetradze daha çox toplu çalışmalara üstünlük verir.
- Rəhbərlik tərəfindən yeni mövsümdə qarşınıza hansı məqsədlər qoyulub?
- Premyer Liqaya yüksələn kimi iddialı yerlər uğrunda mübarizə aparmaq məncə real deyil. Baş məşqçi ilə söhbətimizdə orta yerlər uğrunda oynayacağımızı bildirdi. Bu mövsüm orta sıralarda qərarlaşıb, gələn il daha yüksək nəticələr qazanmaq lazımdr.
-Komandaya uyğunlaşa bildinmi? Yeni komanda yoldaşlarınla darıxmırsan ki?
-Bu problemi mən Türkiyədə "Antalyaspor"da oynayarkən yaşamışdım. Heç cür komandaya uyğunlaşa bilmirdim. Oyunçular mənə qarşı çox soyuq rəftar edirdilər. Demək olar ki, məşqdən sonra bütün günü mehmanxanada tək qalırdım. Amma, tam səmimi deyirəm, "Anji"də məni çox isti qarşıladılar. Açığı heç özüm də gözləmirdim. Mən bura gələndə "İnter"dəki gürcü futbolçular artıq mənim haqqımda "Anji"dəki həmyerlilərinə məlumat vermişdilər. Komanda çox mehribandır, harasa gedəndə bir gedirik. Xüsusi ilə gürcü futbolçularla bir yerdə çox vaxt keçiririk.
-Futbolda maddi amil də çox önəmlidir. Bu baxımdan "Anji"də itirmədin ki?
- Futbolçu ömrü qısadır. Ona görə də maddiyata önəm vermək lazımdır. "Anji"də Azərbaycanda qazandığımdan daha çox qazanacam.
-"Anji"nin heyətində hansı nömrə ilə çıxış edəcəksən?
-Ən sevimli nömrəm 4-dür. Burada həmin nömrəni mənə verdilər. Bu nömrə mənim üçün cox uğurludur. Sabah (bu gün) keçmiş komandam "İnter"lə yoldaşlıq oyununda qarşılaşacağıq. Baş məşqçimiz məni oynadacağını bildirib. Ümid edirəm ki, uğurlu başlanğıc olacaq.
Mənbə: pfl.az
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video