Builki qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına qatılan klubların sayında sürətli azalma müşahidə olunur. Qol.Az-ın məlumatına görə, bu fakt Türkiyənin nüfuzlu «Hürriyət» qəzetinin apardığı araşdırma zamanı üzə çıxıb. Yazıda bildirilib ki, turizm şirkətlərinin keyfiyyətsiz təşkilatçılığı klubların daha Antalyaya deyil, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə üz tutmasına gətirib. «Antalyaspor» klubunun İdarə Heyətinin üzvü Emin Altınel keçən illərlə müqayisədə Antalyaya klubların gəlmə sayında enmə olduğu təsdiqləyib: «Biz Dubay təhlükəsilə qarşı-qarşıya qalmışıq. Gəlirlərimizi itirə-itirə gedirik». O, bu problemə bir tərəfdən qlobal maliyyə böhranının, digər tərəfdən zəif təşkilatçılığın səbəb olduğunu vurğulayıb.
Altınel turizm şirkətlərinin keyfiyyətsiz işlərindən hiddətləndiklərinip vurğulayıb: «Bu məsələdə Türkiyə dövlətinin bizə dəstəyi yoxdur. Turizm və İdman nazirlikləri problemin qarşısını almalıdır. Yoxsa bütün klublar əldən çıxacaq. Nazirliklər bu işə əl qoyarsa, Antalyaya gələn klubların sayı üç minə çatar. Dövlət səviyyəsində iş olsa, təşkilatçılıq da yüksək səviyyədə qurular. Antalyaya gələn hər komanda orta hesabla 35 min avro xərcləyir. Bir az artıq xərclər də çıxır, deyək ki, 15 min avro məbləğində. Haradan baxsanız, bir komandanın xərci 50 min avronu keçmir. Ancaq təşkilatçılıq pis olduğu üçün komandaları itiririk».
Qəzet Antalyada təlim-məşq toplanışında olan komandaların aldadıldığını da yazıb. Birincisi, rəqabət qızışdıqca otel rəhbərliyi klub nümayəndələrinə zəng edərək «bizə gəlin, biz daha ucuz qiymətlər təklif edirik» deməklə klublara aldadırlar. İkincisi, menecerlər çox ucuz paket hazırlayırlar. Bunun nəticəsində yoxlama matçlarını təcrübəsi olmayan hakimlər idarə edirlər. Qəzet bildirir ki, meydanın ot örtüyü normal oyun sərgiləməyə imkan vermir.
Xatırladaq ki, hər qış fasiləsində Azərbaycanın bir neçə aparıcı klubu Antalyada təlim-məşq toplanışı keçir. Bu qış «Bakı» artıq Antalyada təlim-məşq toplanışında olub, «İnter», «Neftçi», «Qarabağ» və «Xəzər Lənkəran» isə hazırlıqlarını davam etdirirlər.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu