Ruslar Bülənt Qorxmazı start heyətində dəyişikliyə məcbur etdilər (EKSKLÜZIV)

Ruslar Bülənt Qorxmazı start heyətində dəyişikliyə məcbur etdilər (EKSKLÜZIV)
ÖLKƏ FUTBOLU 17 Yanvar 2010 / 11:14 2845
-  A +

Rusiya Futbol İttifaqı (RFİ) XVIII “MDB və Baltikyanı dövlətlərin çempionlarını Birlik Kuboku”nda ölkəmizi təmsil edən “Bakı”nın baş məşqçisi Bülənt Qorxmazı start heyətində dəyişiklik etməyə məcbur ediblər. Qol.Az-ın əldə etdiyi məlumata görə, türkiyəli mütəxəssis dünən “Vaxş”la qarşılaşmanın start heyətinə Səbuhi Həsənovun adını dakil etsə də, sonradan qərarını dəyişmək məcburiyyətində qalıb. Gənc müdafiəçinin adını RFİ-yə göndərilən iştirak ərizəsində yer almadığını əsas gətirən təşkilatçılar Həsənovun “Birlik Kuboku”nda meydana çıxa bilməyəcəyini bildiriblər.

 


Son xəbərlər