“Qarabağ” və “Bakı” centlmensayağı saziş imzalayıb

“Qarabağ” və “Bakı” centlmensayağı saziş imzalayıb
ÖLKƏ FUTBOLU 16 Yanvar 2010 / 17:26 2758
-  A +

“Qarabağ” və “Bakı” centlmensayağı saziş imzalayıb. Bu barədə Qol.Az-ın müxbiriylə söhbətində “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Çəlikəl bildirib ki, sazişə əsasən bu klublardan heç biri bir-birlərinin futbolçuları ilə gizli danışıq apara bilməzlər: “Bir müddətdir ki, bəzi klublar “Qarabağ”ın futbolçuları ilə gizli danışıqlar aparırlar. Əslində bir klubun hər hansı futbolçu ilə danışıq aparması normal bir haldır. Lakin əgər futbolçunun öz komandasi ilə muqaviləsi hələ bitməyibsə bu halda birinci növbədə klub rəhbərliyinə müraciət edilməlidir. Bizim futbolçularla gizli danışıq aparan klubların siyahısında “Bakı” klubu yoxdur. Son aylar “Qarabağ” “Bakı”nın, “Bakı” isə “Qarabağ”ın 3-4 futbolçusunu transfer etmək istəyib. Amma bu danışıqlar gizli yox, açıq şəkildə, klub rəhbərliyi səviyyəsində aparılıb". Əmrah Çəlikəl klublarin bir birindən transfer etmək istədiyi futbolçuların adlarını açıqlamaq istəməyib.

Son xəbərlər