Xalidu Sissoko: "Yuxuda penalti olacağını görmüşdüm"

Xalidu Sissoko: "Yuxuda penalti olacağını görmüşdüm"
ÖLKƏ FUTBOLU 16 Yanvar 2010 / 16:27 2688
-  A +

“Oyunu çox yaxşı keçirdik. Komandanın Antalyada 10 gün ərzində güclü təlim-məşq toplanışı oldu. “Bakı” yeni transferlərlə daha da güclənib. Digər klubların oyunlarını görməmişəm. Amma inanıram ki, Bakıya kubokla qayıdacağıq”. Qol.Az-ın Moskvaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri “Bakı” – “Vaxş” matçından sonra komandamızın qapıçısı Xalidu Sissoko deyib. Sissoko penalti epizodu haqqında da fikirlərini bildirib: “Penaltini mən vurmaq istəyirdim. Çünki dünən yuxumda görmüşdüm ki, biz penalti qazanırıq və mən qol vururam. Amma Jaba onbirmetrlikdən özü istifadə etmək istədi. Mən də onunla mübahisə etmədim. Lakin növbəti oyunlarda penalti olarsa özüm vuracam”.

Son xəbərlər