“Dünən saat 12 radələrində komandamız İstanbuldan Moksvaya gəldi. Ardınca komanda üzvləri hava limanından birbaşa “Kosmos” otelinə yollandılar. Onu da deyim ki, “Birlik kuboku”nun iştirakçıları arasında Rusiya paytaxtına ilk təşrif buyuran “Bakı” oldu”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi çempionumuzun artıq ilk məşqə çıxdığını söyləyib: “Bizim ardımızca sabahkı rəqibimiz “Vaxş” da Moskyava gəldi. Hazırda “Kosmos” otelində yalnız üç komanda var. Sonuncu da vaxtı ilə İntertoto kubokunda qarşılaşdığımız “Daçiya”dır. Bu dəqiqələrdə komandamız ilk məşqinə çıxıb. Hazırda futbolçular isinmə hərəkətlərini yerinə yetirirlər. Bizdən sonra isə “Vaxş” məşq edəcək”.
Y.Seyidov komanda üzvlərinin əhval-ruhiyyəsinin yüksək olduğunu və “Bakı”nın turnirə qələbə ilə başlamaq istədiyini bildirib: “Komandamızın düşərgəsində çox gözəl ab-hava hökm sürür. Futbolçularımız tezliklə oyuna çıxıb, qələbə qazanmaq istəyirlər. Heyətlə bağlı yeganə problemimiz Ticani ilə bağlıdır. Nigeriyalı hücumçudan başqa hər hansı bir zədəli oyunçumuz yoxdur”.
Oktyabrda Bakıda baş tutan Rusiya - Azərbaycan matçında hər iki komandanın azarkeşləri arasında xoşagəlməz olaylar yaşanmışdı. Lakin “Bakı”nın icraçı direktoru Rusiya paytaxtında hər hansı bir problemlə qarşılaşacaqlarına inanmır: “Düzdür, həmin vaxt belə bir olay olmuşdu. Məncə, artıq hər şey unudulub. Rusiyalıların komandamıza qarşı hər hansı bir təxribat törədəcəyinə inanmıram. Bir-iki nəfərin hərəkətini ümumilikdə hamıya şamil etmək olmaz. Turnirin təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçiriləcəyinə inanıram. Burada bizi yaxşı qarşılayıblar”.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu
"Liverpul"un "Qalatasaray"a vurduğu 4 qol - Video
Salahdan ÇL-də 50-ci qol
"Barselona" "Nyukasl"a 7 qol vurdu - Video
"Qalatasaray" Osimheni itirdi
A seriyasında yeni baş məşqçi