Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transferi ilə bağlı bu gün təşkil olunna mərasimdə “Qarabağ” klubunun fəxri prezidenti, Ağcabədi-Ağdam dairəsi üzrə millət vəkili Aqil Abbas da çıxış edib.
“Mən “Qarabağ”ın xəstəsi yox, dəlisiyəm. Komandanın ağrılı, pis günlərinin də şahidi olmuşam. 2001-ci ildə “Azərsun” komandanı himayəyə götürdü. Əvvəlcə hər şey istənilən kimi alınmasa da, tədricən hər şey öz axarına düşdü. Nəticədə “Qarabağ”ın Avropa yolu açıldı. Komandamız yayda avrokuboklarda uğurlu çıxış etdi. İsgəndər və Füzuli Cavadovlar hər zaman Azərbaycan futbolunu layiqincə təmsil ediblər. Onlar futbolumuza daha bir davamçılarını - üçüncü Cavadovu bəxş etdilər. Düzü, mən istəməzdim ki, Vaqif Avropaya getsin. Ona görə ki, “Qarabağ”ı Avropadan və hamıdan çox istəyirəm. Həm də Vaqifin gedişi “Qarabağ”a çətinlik törədəcək. Amma digər tərəfdən sevinirəm ki, o, Azərbaycanı Avropanın sayılıb-seçilən futbol ölkəsinin çempionatında təmsil edəcək.
Dünən Qol.Az saytına verdiyim açıqlamada “bizim məşqçilərin Vaqifin potensialını tam açmağa ya vaxtları çatmadı, ya da bacarıqları. Amma avropalı məşqçilərin Vaqifin futbol potensialını açacaqlarına inanıram” demişdim. Bu sözlərimə görə, məşqçilərimiz məndən inciməsin. İnanıram ki, Cavadov daha böyük klublarda forma geyəcək. Bəzən oyunlar zamanı hətta mən də Vaqifə söymüşəm ki, topu gecikdirmə, vaxtında ötur. O “Qarabağ”da potensialını açdı. Ancaq “Tvente”də daha da inkişaf edib, dünyanın ən yaxşı klublarından birinə transfer olunacağına inanıram. Azərbaycanı layiqli şəkildə təmsil edəcəyinə inanıram. Onun Avropanın aparıcı klubuna keçidi bizim istedadlı futbolçularımızın yolunu açacaq. “Qarabağ”ın digər komandalardan bir üstün cəhəti var. Digər komandalar bu sözümdən inciməsinlər. Avropada, Afrikada, küçədə bir adam qalmayıb, hamsını gətiriblər bura. Amma “Qarabağ” yerli futbolçulara böyük önəm verir. Sözümün canı odur ki, azərbaycanlı futbolçulara diqqət yetirilməli, hərtərəfli şərait yaradılmalıdır. Mən demirəm ki, kənardan futbolçu gətirilməsin. Əcnəbilərin cəlb olunması mədəniyyətdir. “Qarabağ”ın yürütdüyü siyasət göz qabağındadır və bu baxımdan yeganədir. Bütün bunlara görə başda “Qarabağ”ın rəhbərliyi olmaqla baş məşqçi Qurban Qurbanova təşəkkür edirəm. İnanıram ki, Vaqifin ardınca Vüqar Nadirov da tezliklə Avropa klublarından birinə transfer olunacaq”.
Aqil Abbas çıxışını bu sözlərlə bitirib: “Qarabağ» Ağdama, Quzanlı stadionuna qayıdandan sonra Avropada uğurlar qazandı. İnsanın ayağı öz torpağına dəyəndən sonra dünyanın hər yerini zəbt edə bilər. Bundan sonra isə «Qarabağ» Quzanlıdan Ağdama, «İmarət» stadionuna gedəcək!».
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video