"Bayer"in keçmiş futbolçusu "Qarabağ"da (FOTO)

"Bayer"in keçmiş futbolçusu "Qarabağ"da (FOTO)
ÖLKƏ FUTBOLU 14 Yanvar 2010 / 14:36 2796
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubunun düşərgəsinə daha bir futbolçu dəvət edilib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, əslən sloveniyali olan 25 yaşlı futbolçunun ampluası sol cinah yarımmüdafiəçisidir. İlk peşəkar müqaviləsini 2002-ci ildə Almaniyanın “Bayer” klubunun əvəzediçi komandası ilə bağlayan Borut 4 mövsüm ərzində 48 oyun keçirib və 10 qol vurub. 2006-07 mövsümünün ikinci dövrəsində Xorvatiyanın “Varteks” klubuna transfer olunan futbolçu iki il sonra “Domzale” komandasına transfer olunub və bu klubla Çempionlar Liqası matçlarında iştirak edib. Futbolçu son bir ili Sloveniyanın “Drava” komandasında keçirib.

Son xəbərlər