«Qarabağ» klubunda Vaqif Cavadovun məşqçisi olmuş türkiyəli təcrübəli futbol mütəxəssisi Mehmet Ak Qol.Az saytına futbolçunun üstün və çatışmayan cəhətləri haqda danışıb. İlk öncə Vaqifin “Tvente” klubuna transferi xəbərini çox sevinclə qarşıladığını vurğulayan Mekmet Ak futbolçu haqda bunları söyləyib:
VAQİF CAVADOVUN ÜSTÜNLÜKLƏRİ
- Heç şübhəsiz, Vaqif Cavadov bu gün Azərbaycanın ən faydalı futbolçusudur. Uşaq futbol məktəbini Rusiya kimi ölkədə keçməsi, orda yaxşı futbol təhsili alması onun üstünlüklərindəndir. Amma Azərbaycanda qalmaqla bu üstünlüklərini boşa verirdi. Vaqif psixoloji olaraq da çox fərqli futbolçudur. O, bir matçın taleyini təkbaşına həll etmək gücündədir. Eyni zamanda Vaqifin futbolçu olan ailəsi onu daim nəzarətdə saxlayır. Bu, müsbət haldır. Ümumən onun kiminləsə problemi yoxdur. Kiməsə qarşı haqsızlığa yol verməz. Ümumiyyətlə, haqsızlığa göz yuman insan deyil.
Lap əvvəllər Vaqifin fiziki cəhətdən bir qədər çatışmazlığı vardı. Amma zamanla bütün komanda yoldaşlarını bu cəhətdən geridə qoya bildi.
O, komanda yoldaşları ilə dil tapa bilir, bütün komandanı mehribançılıq ətrafında birləşdirmək gücündədir. Özünü ulduz futbolçu kimi görməsi yaxşıdır, amma unutmamalıdır ki, komandasında ondan başqa daha 20 yüksək səviyyəli futbolçu var. Vaqif «Qarabağ»da və Azərbaycan milli komandasında lider oyunçulardandır. Amma Hollandiya kimi ölkənin çempionatında özünü təsdiqləməsi üçün mütləq öz üzərində daha çox çalışmalıdır. O, bundan sonra vaxtını daha çox futbola həsr etməlidir.
VAQİF CAVADOVUN ÇATIŞMAYAN CƏHƏTLƏRİ
- Vaqifin bəzi mənfi cəhətlərindən biri də komanda oyunu oynamamasıdır. Daha doğrusu, komanda oyununu o qədər də sevmir, fərdi oyuna üstünlük verir. Lazım olanda komanda yoldaşlarını görmür və onlardan kömək istəmir. Buna görə məşqçilər tərəfdən Vaqifə təzyiq göstərilməlidir. İnanıram ki, Vaqif məşqlərdə sadaladığım mənfiliklərin üzərində çalışacaq.
Vaqifin əsas problemlərindən biri də məşqlərdə özünə çox əziyyət vermir. Bunu mütləq aradan qaldırmalıdır. Özünə çox güvənir. Düzdür, özünə güvənmək müsbət haldır. Amma hazırkı bu arxayınlıq Vaqifə ancaq Azərbaycan çempionatında oynamağa imkan verər. O, «Tvente»də möhkəmlənmək üçün məşqlərinə daha ciddi fikir verməli, üzərində daha çox işləməlidir.
Vaqifin ən böyük çatışmazlıqlarından biri də başla vuruşlarda yaxşı oynamamasıdır.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti
Osimhenin qolu qırıldı, Lanqın barmağı kəsildi - Video
Messi 900-cü qolunu vurdu
"Liverpul"un "Qalatasaray"a vurduğu 4 qol - Video
Salahdan ÇL-də 50-ci qol
"Barselona" "Nyukasl"a 7 qol vurdu - Video
"Qalatasaray" Osimheni itirdi
A seriyasında yeni baş məşqçi
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda