“19 yaşadək qızlardan ibarət milli komandamızın heyətində “lipa” tapılması, komandanın diskalifikasiya edilməsi və AFFA-nın külli miqdarda cərimələnməsinin yalnız bir adı var - biabırçılıq!” Qol.Az-ın müxbirilə söhbətində bu sözləri veteran futbolçu, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov deyib.
Ç.İsmayılovun sözlərinə görə, “lipalaşdlrmaya” əl atanların məqsədi yalnız ani uğurlar qazanmaqdır: “Azərbaycanda qadın futbolu ənənəsi hələ SSRİ vaxtında olub. Komandamız yüksək səviyyədə çıxış etməsə də, SSRİ-də orta sıraları tuturdu. Amma sonradan ölkəmizdə qadın futbolunda durğunluq yarandı. Mən sizə bir söz deyim - istənilən bir şeyin təməli pis qoyulursa, o nə vaxtsa çat verəcək, çökəcək. İndi də qadın futbolunda çalışanlar yalnız ani uğurları düşünürlər. Ona görə də bu cür çirkin yollara əl atırlar”.
Çingiz İsmayılov “lipa” qalmaqalında əli olanların tapılmasını və cəzalandırılmasını istəyir: “Bunu kimin etdiyini dəqiq bilmirəm. Axtarıb, tapmaq lazımdır. Kim bunu edibsə, mütləq cəzasını almalıdır. Şəxsən mən baş katib Elxan Məmmədovda günah görmürəm. O cavandır, futbolda təzədir. Sənədi gətiriblər, o da qol çəkib. Nə bilsin ki, komandada bu qədər “lipa” var. Bilsəydi, heç vaxt həmin sənədə qol çəkməzdi. Amma istənilən halda işə ciddi nəzarət olmalıdır. Sizə bir faktı deyim. “Viləş” komandasında adı və soyadı eyni olan iki Elbrus Məmmədov çıxış edirdi. Yalnız atalarının adı fərqli idi. Sonra həmin futbolçulardan biri digər komandaya keçdi. Həmin komandanın adını unutmuşam. İş elə gətirdi ki, hər iki klub avrokuboklara vəsiqə qazandı. Komandalardan biri İntertoto, digəri isə Kuboklar kubokunda oynamalı idi. Bir gün UEFA-dan məktub gəldi ki, bir futbolçu iki klubun heyətində sifariş olunub. Biz isə bütün sənədləri toplayaraq, Avropa futbol qurumuna göndərdik ki, onların ad və soyadları eyni olsa da, ayrı-ayrı futbolçulardır. Yaxud da adını çəkmək istəmədiyim bir futbolçunun yaşını uşaq vaxtı azaltmışdılar. “Metirka”sı saxta idi. Amma sonradan biz bunu öyrəndik və pasport alanda həqiqi doğum tarixini yazdırdıq. Amma UEFA həmin futbolçunu oynamağa qoymadı. Belə faktlar çoxdur. Sözümün canı odur ki, işə ciddi nəzarət olmalıdır. Azərbaycan futboluna elə rəhbər adamlar var ki... Adını çəkmək istəmirəm, özünüz onu yaxşı tanıyırsız. Əvvəllər “Səhər” qəzetində işləyirdi. İndi isə Bakı Futbol Federasiyasında məsul vəzifədə çalışır. O vaxt biz qadın futbolunu 90-cı illərin əvvəlində bərpa edəndə öz qəzetində istehzayla təxminən belə yazmışdı ki, “sevin ay, Fatmanisə, sən də artıq əyninə şortik geyəcəksən”. Amma indi həmin şəxs futbolumuzda məsul vəzifədə çalışır. Bu cür adamlarla futbolumuz necə qabağa gedə bilər?”
Veteran futbolçu problemin kökündə uşaq futbolunun durduğunu düşünür: “Qadın futbolunda da uşaqlara nəzarət edən yoxdur. Kişi futbolunda son illər nə qazanmışıq ki, qadın futbolunda onu təkrarlayaq? Uşaq futboluna fikir vermək lazımdır. Təkcə “Sabahın ulduzları”nı keçirməklə iş bitmir. Mən demirəm, o da lazımdı. Amma iş planlı şəkildə həyata keçirilməlidir. O gün eşidirəm ki, AFFA Berlində yaşayan azərbaycanlı ailələrin uşaqları üçün orada futbol məktəbi açır. Berlindəki məktəb kimə lazımdır? Ondansa həmin məktəbi get Gəncədə və ya Tovuzda aç da. Halbuki əvvəllər bu bölgədən nə qədər istedadlı futbolçular üzə çıxırdı. Futbolumuzdakı inkişafdan danışırlar. Hanı inkişaf? Əvvəllər biz gedib Afrika ölkələri ilə - Misir, Sudan, Benin, Efiopiya və digərləri ilə oynayıb, hərəsinə 5-6-ı top vururduq. Amma indi millimiz bunu edə bilər? Afrika Millətlər Kubokuna baxıram, Benin çox yaxşı oyun sərgiləyir. İndi millimiz Beninə qalib gələ bilər? Həmin vaxt afrikalılar məşq etməyə top tapmırdılar. Amma indi bizimkilərdən yaxşı oynayırlar. Uşaq futboluna fikir verən yoxdur. Hara baxırsan bina tikirlər. Bunun əvəzinə meydan tiksələr, daha yaxşı olar. Dövlət başçımız futbolun inkişafı ilə bağlı proqram qəbul edib. Amma onu həyata keçirən var? Arada bir veteranları yığıb, görüş keçirsinlər. Azdan-çoxdan Azərbaycan futbolunda can qoymuşuq. Bizim bir fikrimizi öyrənmirlər. Ürəkləri istəyəndə gedib, Almaniyadan məşqçi gətirirlər. Belə şey olar?”
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video