Stiv Maklaren: "Vaqif Cavadov gələcəyin parlaq futbolçusu olmalıdır"

Stiv Maklaren: "Vaqif Cavadov gələcəyin parlaq futbolçusu olmalıdır"
ÖLKƏ FUTBOLU 13 Yanvar 2010 / 11:20 2814
-  A +

Hollandiyanın «Tvente» klubunun baş məşqçisi Stiv Maklaren milli komandamızın hücumçusu Vaqif Cavadovun komandasına transfer edilməsinə münasibət bildirib. Qol.Az-ın Hollandiya mətbuatına istinadən yaydığı məlumata görə, S.Maklaren Vaqifi avroliqanın oyunlarından tanıdığını söyləyib: «Vaqif «Qarabağ»ın heyətində bizə qarşı keçirilmiş görüşlərdə yaxşı təsir bağışladı. O, bütün mövqelərdə oynamağa qadir futbolçudur. Vaqifdən gözləntilərimiz çoxdur. O, gələcəyin parlaq futbolçusu olmalıdır» - deyə S.Maklaren vurğulayıb.

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...