Tahir Gözəl: "Tvente"nin prezidenti mənə söz verdi"

Tahir Gözəl: "Tvente"nin prezidenti mənə söz verdi"
ÖLKƏ FUTBOLU 12 Yanvar 2010 / 20:58 2555
-  A +

“Tvente” klubunun prezidenti Munstermanla Vaqifin bu kluba transferi haqda danışanda onun qarşısında bir şərt qoydum. Vaqifi `Tvente`yə veririk. Amma Cavadov mütləq oynamalıdır. Çünki, Azərbaycanda yetişən gənc futbolçular ondan nümunə, örnək götürməlidirlər. Qoy, mən də Vaqif kimi oynayım, `Qarabağ`ın verdiyi imkandan yararlanım, ölkəmi Avropada ən yaxşı şəkildə təmsil edim desinlər. Munsterman mənimlə razışlaşdı və mənə söz verdi ki, Vaqif `Tvente`də oynayacaq. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl Vaqif Cavadovun "Tvente" klubuna transferinə münasibət bildirərkən deyib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...