Vaqif Cavadov: “Tvente”də 7 nömrəli formanı geyəcəyəm”

ÖLKƏ FUTBOLU 6 Yanvar 2010 / 12:22 2780
-  A +

Hollandiyanın “Tvente” klubuna keçmək üzrə olan millimizin və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov artıq Enshede klubunda geyəcəyi formanın nömrəsini müəyyənləşdirib. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində gənc hücumçunun özü məlumat verib: “Qarabağ”da olduğu kimi “Tvente”də 20 nömrəli formayla çıxış etmək istəyirəm”.
Lakin bu nömrə “Tvente”də hazırda De Yonqa məxsusdur. Bu səbəbdən də Cavadov başqa nömrə altında çıxış edəcək: “Bundan xəbərim yox idi. O zaman yəqin ki, millidə olduğu kimi “Tvente”də də 7 nömrəli formanı geyəcəyəm”.
Qeyd edək ki, “Tvente”nin heyətində cari mövsümdə 7 nömrəli forma sərbəstdir. 
 

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...