Zaur Məmmədov: “Bu, Hafiz Məmmədovun şəxsi fikridir”

Zaur Məmmədov: “Bu, Hafiz Məmmədovun şəxsi fikridir”
ÖLKƏ FUTBOLU 5 Yanvar 2010 / 14:58 3995
-  A +

“Simurq”un prezidenti Zaur Məmmədov “Bakı”nın prezidenti Hafiz Məmmədovun “bu mövsüm “altılıq”da “Simurq”u deyil, “Qəbələ”ni görmək istərdim” fikrinə münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində Z.Məmmədov H.Məmmədovu özlərinə dost bildiklərini söyləyib: “Ona çox böyük hörmətimiz var. Bu, Hafiz müəllimin şəxsi fikridir. Fikirlərinə də hörmətlə yanaşırıq. Hər bir klub prezidenti kimi Hafiz müəllim də Azərbaycan futbolunun inkişafı üçün çalışır”. Zaur Məmmədov “altılıq” uğrunda sonadək mübarizə aparacaqlarını söyləyib: “Futbolda hansısa nəticəni əvvəlcədən demək olmaz. Biz sonadək “altılıq” uğrunda mübarizə aparacağıq. İstəyimizə çatacağımıza da inanıram”.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi