Vaqif Cavadovun Hollandiyaya səfərində problem yarandı

Vaqif Cavadovun Hollandiyaya səfərində problem yarandı
ÖLKƏ FUTBOLU 2 Yanvar 2010 / 18:16 3087
-  A +

Milli komandamızın və «Qarabağ»ın hücumçusu Vaqif Cavadovun «Tvente» klubu ilə danışıqlar aparmaq üçün Hollandiyaya edəcəyi səfərin tarixi dəyişib. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində futbolçunun atası Füzuli Cavadov məlumat verib: “Əvvəlcədən səfərimizi yanvarın 4-ü və ya 5-nə planlaşdırırdıq. Lakin səfərimiz bir neçə gün yubanacaq. Hollandiyaya ayın 6-ı, ya da 9-da yollanacağıq. Viza ilə bağlı bir qədər problemimiz yaranıb. Hazırda bayram olduğundan səfirliklər işləmir. Biz Hollandiyaya “Qarabağ” rəsmiləri ilə birgə yollanmağı planlaşdırırıq. Onlar isə bildiyiniz kimi, Türkiyə vətəndaşıdırlar və vizaları öz ölkələrinin səfirliklərindən əldə etməlidirlər. Bütün bunlar isə səfərimizi bir qədər yubandırır. Çox güman ki, elə ayın 9-da yola düşəcəyik”.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi