Subaşiç Vaqif Cavadovun “Tvente”yə transferinə münasibət bildirdi

Subaşiç Vaqif Cavadovun “Tvente”yə transferinə münasibət bildirdi
ÖLKƏ FUTBOLU 2 Yanvar 2010 / 14:07 2667
-  A +

Milli komandamızın sabiq hücumçusu Branimir Subaşiç “Qarabağ”ın forvardı Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transfer olunmasına münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində Subaşiç bu xəbərə çox sevindiyini bildirib: “İlk dəfə bu xəbəri eşidəndə çox şad oldum. Hətta deyərdim ki, bu mənim üçün xoş bir sürpriz oldu. Vaqifi yaxşı tanıyıram. O çox yaxşı futbolçudur. “Tvente”də əsas heyətə düşəcəyinə inanıram. Əgər orada özünü göstərə bilsə, yaxın 1-2 ildə Avropanın nəhəng klublarında forma geyə bilər”.

 


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi