"Bakı" Adriano ilə müqavilə bağlayacaq

"Bakı" Adriano ilə müqavilə bağlayacaq
ÖLKƏ FUTBOLU 1 Yanvar 2010 / 14:13 3156
-  A +

Son Azərbaycan çempionu "Bakı" qış transfer pəncərəsinin açılması ilə bu sahədə fəaliyyətini gücləndirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən günlərdə türk hücumçu Kürşat Duymuş və hollandiyalı yarımmüdafiəçi Adnan Bərəklə anlaşma əldə edən "Bakı" ilin son günündə braziliyalı hücumçu ilə bağlı qərar verib. Hücum xətiini gücləndirən "Bakı" Adriano Padilyo Nasimento (Adriano Padilha Nascimento) ilə razılığa gəlib. 1980-ci ilin 20 iyun tarixində anadan olan Adriano 2006-cı ildə "Dənizlispor", 2007-2008-ci illər arası isə "Böyükşəhir Bələdiyyə Spor" klublarında çxış edib. Türkiyə Super liqasında keçirdiyi 76 oyunda 16 dəfə rəqib qapılarına yol tapıb. 185 sm boya, 83 kq çəkiyə malik Adriano son mövsümü Braziliayanın "B" liqasının "Parana" klubunda keçirib. Adriano yanvarın 3-də Türkiyəyə gələrək "Acıbadem" klinikasında tibbi müayinədən keçəcək. Bundan sonra 29 yaşlı braziliyalı hücumçu ilə 2 illik müqavilə bağlanacağı gözlənilir.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi