Azərbaycan millisinin sabiq üzvü Ramal Hüseynov “Standard”dan ayrılır. Son 6 ayda Sumqayıt klubunun heyətində çıxış edən Hüseynovun yenidən legionerlik həyatı yaşamaq ehtimalı meydana çıxıb. Təcrübəli futbolçu ilə Türkiyənin “Bank Asiya” birinci liqasının 2 klubu maraqlanır. Hüseynovun yenidən keçmiş klubu “Kocaelispor”a qayıtmaq məsələsi həllini tapmaq üzrədir: “Son 6 ayda çıxış etdiyim “Standard”dan ayrılacağam. Düzü, klubun prezidenti Emin Babayevə hələlik bu barədə məlumat verməmişəm. “Standard”dan gedişimi başqa klublardan təkliflər almağım şərtləndirir. Azərbaycan və Türkiyədən təkliflər almışam. Azərbaycanda paytaxt klubları xidmətimdə maraqlıdırlar. Amma yenidən ölkə xaricinə gedib, Azərbaycanın idman şərəfini onun hüdudlarından kənarda qorumaq niyyətindəyəm. Keçmiş klubum “Kocaelispor”a qayıtmaq ehtimalım çox yüksəkdir. Bu məsələ həllini 90 faiz tapıb. Tunc Afşar artıq bu barədə bəzi danışıqlar aparır. Bildiyiniz kimi, İzmit təmsilçisində prezident postunda dəyişiklik edilib. Yeni prezident hər şeyin yaxşı olması üçün çalışır. Dediyinə görə, klubda maddi baxımdan problem olmayacaq. Mən “Kocaelispor”un futbolçu heyətinə, azarkeşlərinə bələdəm. Yəni həmin klubda oynamaq mənim üçün çətin olmayacaq. “Kocaelispor”la yanaşı, “Bank Asiya” birinci liqasının digər təmsilçisi “Samsunspor”un rəsmiləri və məşqçilər korpusu mənim keçidimə isti münasibət bəsləyirlər. Bu işlə isə Tunc Afşar yox, birbaşa menecer Rasim Yılmaz məşğul olur. Şəxsən mən “Kocaelispor”da oynamaq istəyirəm. İnanıram ki, getsəm, komandanı hazırkı çətin vəziyyətdən çıxarmağa yardımçı olacağam. Kocaeli klubunun yeganə problemi maddiyyatla bağlıdır. Klubun infrastruktur baxımından çatışmazlığı, demək olar ki, yoxdur”.
Maddi vəziyyət zəif olduğu üçün səviyyəli futbolçular “Kocaelispor”da çıxış etməyə razılıq vermirlər. Bu səbəbdən “Kocaelispor” 18 komandanın iştirakı ilə keçirilən çempionatda sonuncu pillədə qərarlaşıb. Komanda birinci dövrədəki 17 oyundan cəmi 12 xal toplayıb. Ramalla maraqlanan digər klubun, “Samsunspor”un vəziyyəti bir qədər qənaətbəxşdir. Samsun təmsilçisi 17 xalla 14-cü pillədədir”.
Ramal Hüseynov 2009-cu ilə də “Kocaelispor”da başlamışdı. Amma həmin vaxt vəziyyət çox fərqli idi. Ramal iddiaları daha yüksək olan “Bakı”dan ayrılıb, Superliqa klubuna gedirdi. Lakin Türkiyə səfəri elə də uğurlu alınmadı. Rəşad Sadıqovdan fərqli olaraq, o, daim ehtiyat oyunçular skamyasında oturdu. Yalnız sonuncu görüşdə meydançaya çıxdı. Oyun praktikası və təcrübəsi az olsa da, mövsümün son matçında “Hacettepe”nin qapısına qol vurdu. Türkiyədən qayıdıb “Strandard”la müqavilə bağlayandan sonra hakimlərlə yola getmədi. Nəticədə bir neçə dəfə meydançadan qovuldu. Bütün bunlara görə, Ramal Hüseynov başa çatmaqda olan ili özü üçün uğurlu saymır: “İli çox hərəkətli keçirdim. Gah Türkiyədə, gah da Azərbaycanda oynadım. “Kocaelispor”da daha çox ehtiyat oyunçular skamyasında oturdum. Superliqada keçirdiyim ilk oyunda qol vurmağı bacardım. Düzü, mənə lap tez şans veriləcəyini gözləyirdim. Amma məşqçilər korpusu fərqli düşünürdü. Karyeramı orada davam etdirmək istəyirdim. Amma ciddi problemlər meydana çıxdı. Komandada vəziyyət günü-gündən pisləşirdi. Beləcə Türkiyədən qayıdıb, “Standard”a keçdim. Hakimlər, nədənsə, məni çox sıxdılar. Tez-tez qırmızı vərəqə alıb, bir neçə oyunda cəzalı duruma düşdüyüm üçün bacarığımı tam nümayiş etdirə bilmədim. Yəni 2009-cu il mənim üçün uğurlu keçmədi. Buna rəğmən, pessimist deyiləm. Bu il yaşananları elə bu ildə qoymaq istəyirəm. İnanıram ki, gələn il mənim üçün daha məhsuldar keçəcək”.
Qeyd edək ki, Ramal Hüseynov vaxtilə Azərbaycanın ən perspektivli futbolçularından biri sayılıb. O, Azərbaycanın iddialı klublarından “Qarabağ” və “Bakı”nın formasını geyinib. U-21 yığmamız məhz 8 il öncə Ramalın qolu sayəsində Makedoniya üzərində qələbə qazanıb. Olimpiya yığmamız həmin vaxtdan bəri qələbəyə həsrətdir.
Mənbə: “Çempion” qəzeti
2-ci liqada 3 oyun
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya