Bülənt Qorxmaz: “Bütün bunlar yalandır”

Bülənt Qorxmaz: “Bütün bunlar yalandır”
ÖLKƏ FUTBOLU 29 Dekabr 2009 / 18:06 3065
-  A +

“Qalatasaray” klubuna yeni üzv olsa da, bununla bağlı dünən keçirilən mərasimə qatılmayan “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz sözügedən məsələyə aydınlıq gətirib. Qol.Az-ın müxbirilə söhbətində türkiyəli mütəxəssis mərasimə dəvət almadığını söyləyib: “Türkiyə mətbuatının nə yazdığı məni maraqlandırmır. Amma tam səmimi deyirəm ki, mənə bu barədə heç kim məlumat verməyib. Heç nədən xəbərim olmayıb, tədbirə dəvət almamışam. Buna görə də bütün deyilənlər yalandır”.
“Əgər təklif alsaydınız, tədbirə qatılardınızmı” sualını isə Qorxmaz belə cavablandırıb: “Mən nə zamanı geri çevirmək, nə də olmayan şeylərdən danışmaq istəyirəm”.
Xatırladaq ki, “Qalatasaray”ın əfsanəvi futbolçuları - Bülənt Qorxmaz, Hakan Şükür, Ümit Davala, Arif Ərdəm, Ərgün Pənbə, Hakan Ünsal, Hasan Şaş, Tuqay Kərimoğlu və Vədat İncəefe mərasimi boykot ediblər. Türkiyə mətbuatı isə futbolçuların qəsdən tədbirə qatılmadıqlarını, klubdan incik ayrıldıqlarına görə belə addım atdıqlarını bildirib.  

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...