Cari mövsümdə Premyer Liqada keçirdiyi 11 oyunda 2 qırmızı və 9 sarı vərəqə almaqla ən intizamsız futbolçu olan “Standard”ın üzvü Ramal Hüseynov kobud oyununun səbəbini açıqlayıb. Qol.Az-ın müxbirilə söhbətində təcrübəli futbolçu qəsdən kobudluğa əl atmadığını bildirib: “Mən hər zaman komandamın uğuru üçün əlimdən gələni edirəm. Meydana çıxdımsa, ağlımda yalnız bir fikir olur - komandamın qələbəsi üçün bütün gücümü ortaya qoymaq. Bəzən istəmədən kobud da oynayıram. Amma bunu heç vaxt qəsdən etməmişəm. Çünki özüm də futbolçuyam və zədənin nə olduğunu çox gözəl dərk edirəm. Bu səbəbdən heç vaxt razı olmaram ki, hansısa həmkarım mənim ucbatımdan xəsarət alsın. Bu qədər çox vərəqə almağımda hakimlərin də rolu var. Bəzən onlar heç nədən mənə vərəqə göstərirlər”.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər