"Valensiya"nın baş məşqçisi Qari Nevill üçün La Liqanın 24-cü turunda "Espanyol"la keçiriləcək görüş mühüm əhəmiyyət kəsb edir.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, kubokla vidalaşan və La Liqada uğursuz çıxışı ilə diqqət çəkən klubun rəhbərliyi ingilis mütəxəssisin işindən narazıdır.
Bu səbəbdən "Espanyol"la matçda "yarasalar" uduzacağı təqdirdə, rəhbərliyin Nevilli istefaya göndərəcəyi iddia olunur. Onun yerinə əvəzedici komandanın baş məşqçisi Kurro Torresin baş məşqçi vəzifəsinə gətiriləcəyi gözlənilir. Nevillin rəhbərliyi altında 17 oyun keçirən "Valensiya" 4 qələbə qazanıb, 7 heç-heçə edib və qalan 6 oyunda məğlub olub.
Qeyd edək ki, "Valensiya" La Liqada geridə qalan 23 turdan sonra 25 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu