"Arsenal"ın futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasının 26-cı turunda qarşılaşacaqları "Lester Siti" haqda danışıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu Premyer Liqanın liderini dayandırmağın çətin olacağını bildirib:
"Lester Siti"ni dayandırmaq inanılmaz dərəcədə çətin olacaq. Onlar "Mançester Siti" ilə görüşün 60-cı dəqiqəsində artıq 3:0 hesabı ilə öndə idilər. Bu, möhtəşəm nəticədir. "Lester Siti" hörmətə layiq komandadır. Bu komandanın Premyer Liqanın zirvəsində qərarlaşması Avropada son bir neçə ilin sürprizi oldu. Biz də çalışıb, onları dayandırmalıyıq".
Qeyd edək ki, fevralın 14-də keçiriləcək "Arsenal" - "Lester Siti" Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu