“Bu heyətlə çox şey etmək olar” – Aqil Məmmədov

“Bu heyətlə çox şey etmək olar” – Aqil Məmmədov
ÖLKƏ FUTBOLU 14 Yanvar 2016 / 17:40 3718
-  A +

“Neftçi”nin qapıçısı Aqil Məmmədov “CBC Sport” kubokunda AZAL-a qalib gəldikləri oyundan (1:0) sonra Qol.Az-a açıqlama verib.

O, əvvəlcə bu gün start götürən turnirin əhəmiyyətindən danışıb:

“Belə turnirlərin təşkil olunması yaxşı haldır. Futbolçuların əksəriyyəti çoxdandır oynamır. Buna görə də bu turnir təcrübə  toplamaq baxımından əhəmiyyətlidir. Çempionatda hansı klubun iştirak etməsinin bizə aidiyyatı yoxdur. Bizim öz planlarımız var və o plan üzrə də hazırlaşırıq”.
A.Məmədov

“Bu heyətlə çox şey etmək olar. Futbol elə bir oyundur ki, gərək mübarizə aparasan. Meydana çıxıb ancaq yaxşı oyun sərgiləmək lazımdır. Turnir cədvəlində də də vəziyyətimiz yaxşıdır. İkinci yerə şansımız hələ də var. Gərək düzünü deyəsən, əsas məqsədimiz Premyer Liqada 2-cilik və kobokun qalibi olmaqdır”.

Daha çox


Son xəbərlər