"Qarabağ" klubunun hücumçusu Raydell Pupon komandadan ayrılıb.
Qol.Az-ın məlumatına görə, hollandiyalı futbolçu karyerasını vətənində - "Roda" klubunda davam etdirəcək.
Klubun rəsmi saytı Puponun mövsümün sonuna qədər komandada çıxış edəcəyini yazıb. Eyni zamanda 28 yaşlı futbolçunun klubla müqaviləsini daha bir il uzada biləcəyi vurğulanıb.
"Roda"nın idman direktoru Ton Kaanen Puponun transferi haqda fikirlərini bildirib: "Pupon hiyləgər futbolçudur və Erediviziyanı yaxından tanıyır. O, istənilən yerdə qol vurmaq bacarığını sübut edib. Tez bir zamanda hücum mövqeyinə futbolçu axtarırdıq. Ona görə də Puponun transferindən məmnunuq".
Qeyd edək ki, mövsümün əvvəllində Fransanın "Valensyen" klubundan "Qarabağ"a keçən Pupon Ağdam təmsilçisində keçirdiyi 15 oyunda 1 qol vurub.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı