“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Qurban müəllim, ilk olaraq komandanızın Bakıdakı məşqləri barədə məlumat verərdiniz.
- Artıq iki gündür ki, hazırlıq mərhələsinə başlamışıq. İlk məşqi dünən “Neftçi”nin keçmiş bazasında keçdik. Bu gün isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda toplaşdıq.
- Bakıda neçə gün məşq edəcəksiniz?
- Yanvarın 11-nə kimi Bakıda olacağıq. Bu müddətdə iki yoldaşlıq görüşü keçirməyi nəzərdə tutmuşuq. Ancaq hələ rəqib tapmamışıq. Burdakı toplanışı yekunlaşdırdıqdan sonra yanvarın 13-də Türkiyəyə gedəcəyik. Orda 24 gün qalacağıq. Bu müddət ərzində minimum beş yoldaşlıq matçı keçirəcəyik. Lakin hələ rəqiblərin adları məlum deyil. Bununla müvafiq şəxslər söhbət aparır.
- Rəşad Sadıqov və Saşa Yunisoğlu ilə danışıq apardığınız barədə məlumat yayılıb.
- Yox, bunlar yalnış məlumatdır. Biz nə Rəşadla, nə di Saşa ilə danışıq aparırıq.
- Ümumiyyətlə, komandanıza neçə futbolçu lazımdır?
- Bunu hələ müyyəmləşdirməmişik. İnşallah, Türkiyədəki toplanışda keçirəcəyimiz oyunlardan sonra bir qərar verəcəyik. Yoldaşlıq matçlarından sonra hansı mövqeyə futbolçu lazım olduğunu müəyyənləşdirib, yeni oyunçu gətirəcəyik. Bundan başqa Türkiyədəki toplanışda komandaya 2-3 əcnəbi futbolçu qoşulacaq. Həmin oyunçular baxışa çağırılıb. Ancaq onların barəsində hələ dəqiq informasiyam yoxdur.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır