AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında 18-ci turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
- Əvvəla bütün Azərbaycan xalqını qarşıdan gələn 2016-cı il münasibətilə təbrik edirəm. Tək bu yox, ümumiyyətlə, komandamın son 5 oyunundan razı qaldım. Bu matçlardan əvvəl uşaqlarla sözü bir yerə qoyub, xal ehtiyatımızı artırmağın vacib olduğunu bildirmişdim. Futbolçularımın qarşısında baş əyirəm. Belə ağır gündə bizimlə oldular. Bu ili yaxşı nəticə ilə başa vurduq. İkinci dövrə üçün xal ehtiyatrımızı toplaya bildik.
- Yanvardan sonra vəziyyət düzələcəyi deyilir. Bu müddətdə komandaya yeni futbolçuların cəlb olunması gözlənilirmi?
- Ola bilsin 1-2 yeni futbolçu transfer etdik. Bundan başqa, alınsa bir hücumçunun olmasını da istəyərdim. Yanvarda vəziyyətin düzələcəyi dəqiq deyil. Bəlkə elə 2016-cı ili də bu vəziyyətdə başa vurduq.
- Əgər Azərbaycan Premyer Liqasının bütün matçları “AZAL Arena”da keçirilsə, AZALın çempion olmaq şansları nə dərəcədə realdı? Komandanız bu stadionda rəqiblərinə hələ də məğlub olmayıb...
- Burada meydana çıxmaq bizim üçün rahatdır. Çünki bəzi futbolçularımız ailələri ilə bazada qalır. Daha əvvəl oyunlarımızı keçirdiyimiz “Dalğa Arena”ya öyrəşməmişdik deyə, məğlub olurduq. Bəlkə də bütün oyunlarımız burada keçirilsə, çempion ola bilərik (gülür).
Mənbə: futbolinfo.az
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu