"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ" ilə bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib.
- Yaxşı komandaya qarşı oynadıq. "Qəbələ"yə uğurlar arzu edirəm. Düşünürəm ki, maraqlı oyun alındı. Özüm də daima oyunun içində oldum. Topa sahib olmağa çalışırdıq. Məğlub da ola bilərik. Qalib gəlmək şansımız da var idi. Hər iki komanda yaxşı istirahətə layiqdi. Futbolçularımın hər birindən razı qaldım. Bu il bizim üçün pis alınmadı. Sona yaxın daha diqqətli olmağımızı anladıq. Hər futbolçu daha da artırmalıdı. Məğlub olmağa, xal itirməyə özümü hazır sayıram. Özümüzə də uğurlar arzu edirəm. Hər birinizə də sağ ol deyirəm ki, bu müddət ərzində bizlərlə oldunuz. Sizli, bizli hamımız istirahətə layiq idik.
- Qol epizodlarınız çox olsa da, bundan yararlana bilmədiz. Hücum xəttində problem olduğunu düşünmürsüz?
- Hücum xəttində bütün komandaların problemləri olur. Hamı şikayətçidi.
- Qələbə qazanmağınıza nə çatmadı?
- Hər iki komanda bu il çox yükləndi. Buna baxmayaraq, sürətli oyuna şahidlik etdik. Sadəcə, qələbə qazanmağımız üçün qol vurmağımız çatmadı. Onlar ikinci qolu vursaydı, məğlub da ola bilərikdik. Bu da normaldı.
- Rahid Əmirquliyevi "Qarabağ"la müqavilə bağladığı deyilir...
- Ola bilər, ancaq müqaviləni mən görməmişəm (gülür). Rahidin komandaya keçidini hamımız istəyirik. Belə futbolçulara bütün komandaların ehtiyacı var. Mən də bir məşqçi kimi belə futbolçunu komandamda görmək istəyirəm. Ayın 19-u bitsin, transfer məsələsi ilə bağlı ondan sonra danışacam, fikirlərimi bildirəcəm.
Mənbə: sport7.az
"Karvan-Yevlax"dan getdi
PSJ-də yeni müqavilə
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?