Ölkəmizi “Birlik kuboku” yarışlarında təmsil edəcək “İnter” turnirə ciddi hazırlaşır. Bu barədə Qol.Az saytına məlumat verən baş məşqçi Valentin Xodukin yarışın nüfuzunu itirməsi barədə fikirlərlə razılaşmayıb: “Ora ən güclü komandalar gedir. Latviya, Litviya, Finladiya və digər ölkələrin klubları həmin yarışda iştirak edir. Əgər nüfuzsuz turnir olsaydı, o zaman orada zəif komandalar iştirak edərdi”.
Xodukin turnirə çox ciddi yanaşdıqlarını deyib: “İnanırıq ki, kuboku ölkəmizə gətirəcəyik”. Yeni transferlər etmədiklərini deyən V.Xodukin köhnə heyətlə problemlər yaşamayacaqlarını söyləyib: “Biz yeni transferlər etməmişik. Yalnız yerli gənc futbolçuları komandaya götürmüşük. Onların “Birlik kuboku”da oynayacaqları hələ bilinmir”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"