Dünən keçirilən Azərbaycan - Rusiya oyununda yaşanan xoşagəlməz olaylarla bağlı AFFA mövqeyini açıqlayıb. Qol.Az-ın müxbirilə söhbətində AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu baş verənlərə görə rusların günahkar olduğunu bildirib: “Özünüz də gördünüz ki, rusiyalı azarkeşlər stadiona bərbad halda gəlmişdilər. Bütün baş verənlərin də günahkarı onlardır. Əvvəlcə oturacaqları sındırdılar, daha sonra isə partlayıcı maddələri bizim azarkeşlərə tərəf atdılar. Qarışıqlıq da bundan sonra yarandı. Nəticədə AFFA rəsmiləri və polislərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün oldu”.
M.Nərimanoğlunun sözlərinə görə, Rusiya Futbol İttifaqının nümayəndələri də baş verən hadisədə öz həmyerlilərini günahlandırıblar: “Rusiya Futbol İttifaqının rəsmi nümayəndələri də stadiondaydılar. Baş verənlərə onlar da canlı şəkildə tamaşa edirdilər. Qarşılaşmadan sonra onlar özləri də etiraf etdilər ki, baş verənlərin səbəbkarı rusiyalı azarkeşlərdir. Onlar bizi əmin etdilər ki, bununla bağlı ciddi tədbirlər görəcəklər”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır