Azərbaycan və Rusiya milli komandalarının dünənki görüşündə azarkeşlər arasındakı dava ilə əlaqədar yeni məlumat yayılıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfi baş verənlərə görə rusiyalı azarkeşləri günahlandırıb. life.ru saytının məlumatına görə, bu məsələ oyunun protokoluna da daxil edilib. Bildirilir ki, insidentlə əlaqədar Rusiya Futbol İttifaqını cəza gözləyir. Rusiya milli komandasının bir ev oyununa azarkeşlərin buraxılmayacağı istisna edilmir.
Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Andrey Malosolov isə baş verən hadisəyə görə Azərbaycan tərəfini günahlandırıb. O, insidentin Rusiyanın himninin fitə basılması səbəbindən yarandığını söyləyib. O iddia edib ki, bundan sonra azərbaycanlı azarkeşlər rusiyalı fanatların oturduğu sektora iki kreslo atıb, yalnız bundan sonra ruslar cavab vermək məcburiyyətində qalıb. O, stadionda təhlükəsizliyin lazımi səviyyədə təmin olunmadığını da vurğulayıb.
AFFA-nın baş katibi Elxan Məmmədov isə bildirib ki, öncə Rusiyadan gəlmiş futbol həvəskarları bizim azarkeşlərin oturduğu tribunaya 3-4 partlayıcı maddə atıb. Buna cavab olaraq, həmyerlilərimiz onlara 1-2 oturacaq tullayıblar. Daha sonra azarkeşlər arasında toqquşma baş verib. Müvafiq orqanların əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb. O deyib ki, hazırda polis faktla bağlı araşdırma aparır.
Enrike, Mareska, Flik...
Qallaher, yoxsa Neves?
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı