“Bu heç-heçəni Azərbaycan xalqına ərmağan edirəm. Biz qələbə də qazana bilərdik. Lakin əlverişli şanslardan yararlana bilmədik. Bununla belə Lixtenşteynlə səfər oyununda qalib gəlib, Rusiya millisiylə heç-heçə oynamaq böyük uğurdur”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiyayla oyunsonrası mətbuat konfransında millimizin baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis millinin 3 üzvünü xüsusi fərqləndirib: “3 real şansımız oldu. Onlardan istifadə edə bilsəydik, daha yaxşı olardı. Qol buraxdıqdan sonra uşaqlar ruhdan düşmədilər və sonadək mübarizə apardılar. Bü gün komanda yaxşı oynadı. Amma 3 futbolçunun adını xüsusi qeyd etmək olar - Vaqif, Ruslan, Kamran. Lixtenşteynlə ikinci hissədə yaxşı oynamışdıq. Bu gün də gözəl oyun nümayiş etdirdik. Baxmayaraq ki, 3 futbolçumuz - Rəşad, Samir və Elnur yox idi. Rusiya millisinin müdafiə xəttində problemlər var idi. Onları təzyiqdə saxlayarkən, səhvə yol verirlər. Vüqarı da ikinci hissədə məhz bu səbəbdən meydana buraxdım. Çətin qrupa düşmüşdük. Lakin fikrimcə, pis oynamadıq. Seçdiyimiz istiqamət düzdür. Gələcəkdə də bu cür davam edəcəyik. Amma uşaqlar gərək klublarında daha çox oynasınlar. Uşaqlar komandada bir-birlərini gözəl anlayırlar. Bu da məni sevindirir”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır