Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirdi. Millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Rusiya millisiylə qarşılaşdı. Qol.Az saat 20:30-dan etibarən Azərbaycan - Rusiya oyunundan canlı-mətn reportaj yayımladı.
Azərbaycan - Rusiya 1:1
Bakı. T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Hovard Melton Vebb, Darren Kann, Maykl Mullarkey, Mark Klattenburq (hamısı İngiltərə).
Hakim-inspektor: Yozef Marko (Slovakiya).
Komissar: Stanislav Spejik (Polşa)
Azərbaycan: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 3. Ruslan Abışov, 4. Mahir Şükürov, 5. Vladimir Levin, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov, 9. Samir Abbasov, 10. Elvin Məmmədov, 18. Maksim Medvedev
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 11. Daniel Axtyamov, 13. Ernani Pereyra, 14. Rahid Əmirquliyev, 15. Cavid Hüseynov, 16. Elmar Baxşıyev, 17. Vüqar Nadirov
Rusiya: 1. İqor Akinfeyev, 3. Dmitri Torbinski, 4. Sergey İqnaşeviç, 5. Aleksey Rebko, 6. Aleksey Berezuskiy, 9. Binyar Bilyaletindinov, 10. Andrey Arşavin, 11. Sergey Semak, 13. Rinat Yanbayev, 15. Vladimir Bıstrov, 17. Alan Dzaqoyev
Ehtiyat oyunçular: 16. Vyaçeslav Malafeyev, 2. Oleq Kuzmin, 7. İqor Denisov, 8. Dmitri Tarasov, 12. Aleksandr Kerjakov, 13. Pavel Poqorebnyak, 18. Aleksandr Buxarov
Milli komandamız dünyanın ən güclü millilərindən biriylə heç-heçə oynadı. Seçmə mərhələyə uğursuz başlayan milli komandamız son iki oyunda 4 xal qazanmaqla seçmə mərhələnin sonunu çox yaxşı keçirdi.
Oyun başa çatdı.
82. Hakim qapımıza penalti təyin etdi. Lakin Kamran Ağayev İqnaşeviçin zərbəsini tutdu.
70. Rusiya millisi bu dəqiqələrdə üstünlüyə tamamilə yiyələnib.
54. QOLLLLLLLLL. Millimiz hesabı bərabərləşdirdi. Vaqif Cavadov fərqləndi.
50. Vaqifin zərbəsi qapı tirinə tuş gəldi.
46. Millimizin heyətində Rəşad Sadiqovu Vüqar Nadirov əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44. Kamran növbəti dəfə komandamızı real qoldan xilas etdi.
42. Rusiya millisi hesab arasındakı fərqi artırmağa çox yaxın idi. Lakin Yanbayevin zərbəsi qapı tirinə tuş gəldi.
39. Mahir Şükürovun qüvvətli zərbəsi qapıdan aralı keçdi.
30. Ruslar ikinci qolu vurmağa çox yaxın idilər. Lakin Kamran Ağayev gözəl oynadı.
29. Millimiz növbəti qol şansını qaçırdı. Ruslan Abışovun başla zərbəsini rəqib qapıçı son anda qaytara bildi.
27. Mahirin cərimə zərbəsindən ötürdüyü topu Akinfeyev çətinlik çəkmədən tutdu.
24. Dzaqoyevin zərbəsi qapıdan xeyli aralı keçdi.
19. Millimiz hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Vaqifin zərbəsi "çərçivə"yə düşmədi.
13. QOL. Andrey Arşavin hesabı açdı.
11. Mahirin təhlükəli ötürməsinə toxunan olmadı.
7. Vaqif Cavadovun qüvvətli zərbəsi qapıdan aralı keçdi.
5. Millimiz oyuna fəal başlayıb.
Oyun başladı.
Van Deyk ABŞ-ı seçdi
"Barselona"da ciddi itki
U-21 millimiz təlim-məşq toplanışına başladı - Şəkillər
Messidən sonra bunu bacaran Levandovski oldu
Faciəvi yanğında ölənlərdən biri futbolçudur
Messi də Argentina millisinə kömək edə bilməyəcək
Türkiyədə daha bir derbi əcnəbi hakimlərə tapşırıldı
Dibala Braziliyaya qarşı oynamayacaq
“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırıldı
Millimizin oyunlarının hakimləri müəyyənləşdi
"Barselona"nın təxirə salınmış oyununun vaxtı açıqlandı
AFFA rəhbərliyi U-21 millimizi ziyarət etdi - Şəkillər
"Nəticələr qazanıb bu durumdan çıxacağıq” - Elvin Məmmədov
İkardi və Vanda Nara arasında dava
Almaniya millisinin yeni forması - Şəkillər
Juninyo 2 qolun ötürməsini verdi, amma...
Messi Bekhemdən onu istədi
Levandovski ilkə imza atdı
Zubir 300-ə çatdı
"Səbail" yeni baş məşqçisini açıqladı - Rəsmi
Azərbaycan Premyer Liqasında rekord təkrarlandı
Qvardiolanın göndəriləcəyi iddia olunur
"Sumqayıt"dan yubiley qolu
“Həm Qurban Qurbanov pis olmuşdu, həm də mən” - Kadi
"Liverpul" kuboku belə əldən verdi - Video
"Traktor" liderliyini qorudu
"Barselona"dan möhtəşəm geridönüş