Siz ən yaxşı futbolçu veteranlarınıza sahib çıxmayacaqsızsa, ha milyonlar xərcləyin - futbol qalxmayacaq. Futbolun da öz ilahi ədaləti var. Haqlının haqqı tanınmayanda top qapıdan içəri keçməz...
Tənqid elədiyin olur.. üstündən vədələr keçəndən sonra anlayırsan ki, gərək eləməzdin; doğru olmamışdı yazdıqların. Ancaq bunu heç vaxt səhv, günah saymırsan, çünki ən azı, motiv tənqiddi; tərpənişə səbəb olar, nəinki ziyanı. Pis o sayılar ki, doğru olmayan ünvana, doğru olmayan anda tərif eləyəsən.
Samir Ələkbərov uşaqlığımızın futbol ulduzlarındandı. Şəxsimçünsə ən çox xatirimdə qalan addı. Məhlədə futbol oynayanda özünü Samir Ələkbərova oxşatmaq cəhdi kimi təmiz, incədi bu hörmət. İllər keçir... idman jurnalistisən və simpatiyanı qazanmış futbolçu ilə şəxsən tanış olursan.
Ələkbərovla ünsiyyətim 3 il əvvəl olub. Çox az. Adam hərtərəfli təvazökar, təvazökar, yenə təvazökar.
Çox görmək olar təvazökarlıq nümunələri, ancaq bu adamın sırf naturası budu - sadəlik, mehribanlıq və böyük, lapdan lap böyük ürək...
Ələkbərov Azərbaycan futbolunda pul olmayan vaxtlarda külüng döymüşlərdəndi. Onun haqqı çatır ki, "Azərbaycan futboluna xidmət eləmişəm" desin. Niyə neçə ildi işsizdi?! Susub, çəkilib kənara.. incikdi. Mediaya da danışmır. Min hoqqadan çıxıb, açıqlama, müsahibə verməkçün özünü gündəmə soxan, rəhbərlərə yarınan, iş tapmaqçün cildlər dəyişən adamlar kimi eləmir - "Nə danışım?!" ritorikası ilə susub.
Hələ xatırlamıram ki, kimisə tərifləməkçün bu qədər həvəsli və səmimi olmuşam. Ələkbərovun meydanda olmaması üzür.
Çünki Samir elə təbiətə malikdi ki, çətinliyə düşəndə imdad diləmir, özü vaxtilə möhtəşəm texnikası ilə tamaşaçıları valeh eləsə də, insan kimi həyatını rəvan eləməkçün "texniki gedişlərə" əl atmır.
Yaxşı, bəs qürur, şəxsiyyətini üstün tutması onun kənarda qalmasına niyə səbəb olub?
Bu sualı birbaşa "Neftçi"yə ünvanlanmalıdı.
Ələkbərovun "vikipedia" məlumatlarında görə bilərsiz, "flaqman"ın tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş iki nəfərdən biridi.. Banişevski ilə bahəm!
Aydın Bağırov da yazısında qabardıb, "Neftçi"də veteranlara təqaüdlər verilirmiş, bəs hanı Samir Ələkbərov?
Samirin son iş yeri "Xəzər Lənkəran"da məşqçi köməkçisi olub. Qorx ki, qeyzli, ikrah hislərinə qapılan "Neftçi" elə məhz bu məqama görə ona təqaüd ayırmayıb...
Ələkbərovun AFFA-nın diqqətindən kənarda qalması, xüsusi tədbirlərdə dəvət almaması, layihələrə cəlb olunmaması.. siz ən yaxşı futbolçu veteranlarınıza sahib çıxmayacaqsızsa, ha milyonlar xərcləyin - futbol qalxmayacaq. Samir kimi nadir "futbol ziyalısı"nı kənarda saxlamaq hörmətsizlikdi. Futbolun da öz ilahi ədaləti var. Haqlının haqqı tanınmayanda top qapıdan içəri keçməz...
Samir Ələkbərovu meydanlarda, iş başında görmək ümidiylə...
Elçin CƏLİLOV
Futbolpress.az
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons