Ançelotti: "Messini transfer edə bilərik"

Ançelotti: "Messini transfer edə bilərik"
DÜNYA FUTBOLU 22 Noyabr 2014 / 20:34 6769
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Barselona"nın futbolçusu Lionel Messini transfer edə biləcəklərini söyləyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, Messi kimi futbolçuya böyük klubların hər zaman ehtiyacı var:

"Messi "Real"da oynaya bilərmi? Bəli, bu mümkündür. Böyük klubların heyətində daha çox ulduz futbolçu yer almalıdır".

Qeyd edək ki, İspaniya mətbuatı "Real"ın 2016-cı ildə Messi üçün "Barselona"ya 250 milyon avroluq təklif göndərəcəyi iddia edilib. Messinin  "Real"a keçəcəyi təqdirdə, illik 25 milyon avro qazanacağı  yazılıb.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır